Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian
Çərşənbə axşamı, 05 Dekabr 2017

MANAFLI HƏBİBULLA ŞİRİN OĞLU

PDFÇapEmail

 
MANAFLI HƏBİBULLA ŞİRİN OĞLU - Baş müəllim
Baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1951-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1959-1969-cu illərdə Şəki şəhər 10 saylı orta məktəbdə orta təhsil almışdır. 1971-1973-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1975-1980-cı illərdə ADPU-nun tarix fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1980-ci ildə ADPU-nun tarix fakultəsini bitirmişdir.
ADPU-nun Şəki filialında Himanitar elmlər kafedrasının baş müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1980-cı il - Şəki şəhər 3 saylı orta məktəbdə müəllim.
1980-1992-ci illər - Şəki şəhər 20 saylı orta məktəbdə müəllim
1992-1993-cü illər - Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatında Humanitar məsələlər üzrə müavin.
1993-1994-cü illər - BDU-nun Şəki filialında müəllim.
1995-2000-ci illər - BDU-nun Şəki tədris məntəqəsində müəllim.
2000-2016-cı illərdə AMİ-nin Şəki filialının Humanitar fənlər kafedrasında müəllim, baş müəllim.
2016-cı ildən ADPU - nun Şəki filialının Humanitar fənlər kafedrasında baş müəllim.

+ TƏDQİQAT SAHƏSİ
1930-cu ildə Şəkidə Sovet hökumətinin kollektivləşmə siyasətinə qarşı çevrilmiş üsyan hərəkatı.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Şəki üsyanı. 112 səh. (monoqrafiya)
2. Öyünc və güvənc qaynağı. 'Nurlan' nəşriyyatı, Bakı, 2007, 224 səh, (monoqrafiya)
3. Gen yaddaşımızın poeziya dili, 'OKA ofşet' mətbəəsi, Bakı, 2008, 128 səh. (monoqrafiya)
4. 'Unutdurulmuş azman – Əliabbas Qədimov', 'Apastroff nəşriyyatı Bakı, 2012., 203 səh. ( həmmüəllif)
5. 'Stalinin azərbaycanlılara təşəkkürü', 'Şəki bələdiyyəsi' qəzeti. 2012. N 6-7, 9 (məqalə)
6. 'Şəkililər Azərbaycan Xalq Cumhuriyyəti dönəmində, 'Şəki bələdiyyəsi' qəzeti. 2012. N 8-10. (məqalə)
7. 'Əli Mərdan bəy Topçubaşov -150', 'Şəki bələdiyyəsi' qəzeti. 2012. N 11(məqalə)
8. 'Kommunist rejiminin milli siyasətinin genologiyası', 'Şəki bələdiyyəsi' qəzeti. 2013. N 1-4. (məqalə)
9. 'Bəxtiya Vahabzadənin Qarabağ nisgili', 'Region Şəki' qəzeti. 3 sentyabr 2014. (məqalə)
10. 'Tariximiz poetik etüdlərdə: təhrifdən gerçəyə doğru. 'Mütərcim' nəşriyyatı., Bakı, 2015 (monoqrafiya)



KÖNÜL TELMAN QIZI KƏRİMOVA

PDFÇapEmail

 
KÖNÜL TELMAN QIZI KƏRİMOVA
müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1991-ci ildə Şəki şəhərində anadan olub. 2008-2012-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Bakı Dövlət Universitetinin politologiya fakültəsinin 'Azərbaycanda siyasi proseslər' ixtisasının magistraturasını bitirmişdir. 2013-cü ildən AMİ-nin Şəki filialının Tələbə Şöbəsində mütəxəssis işləyir. Hal-hazırda ADPU-nun Şəki filialının Tələbə və Tədris Şöbəsində mütəxəssis kimi çalışır. Filialın Humanitar fənlər kafedrasının müəllimidir. Subaydır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2012-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2015-ci ildə Bakı Dövlət Universitetinin politologiya fakültəsinin 'Azərbaycanda siyasi proseslər' ixtisasının magistraturasını bitirmişdir.
2013-cü ildə filialın Humanitar fənlər kafedrasının müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
2013-2015-ci illərdə AMİ-nin Şəki filialının Tələbə Şöbəsinin mütəxəssisi
2015-ci ildən ADPU-nun Şəki filialının Tələbə və Tədris Şöbəsinin mütəxəssisi
2013-2015-ci illərdə AMİ-nin Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi
2015-ci ildən ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2012-2013-cü illərdə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 'Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı' layihəsində iştirak etmişdir.
2012-2014-cü illərdə 'Vətəndaş Cəmiyyətində Debat' İctimai Birliyinin həyata keçirdiyi debat təlim proqramlarının və yay məktəblərinin aktiv iştirakçısı olmuşdur.
2011-2014-cü illərdə Şəkidə ictimai sektorda könüllü fəaliyyətinə görə 02 fevral 2014-cü ildə Gənclər Günü ilə əlaqədar 'İlin gənci' nominasiyasının qalibi olmuşdur.
2013-cü ildə Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi 'Gənclərin İcra Hakimiyyəti Modeli' layihəsinin rəhbəri olmuşdur.
2017-ci ildə Dövlət Miqrasiya Xidmətinin 10 illiyi ilə bağlı keçirilən məqalə müsabiqəsində 'Azərbaycanın miqrasiya siyasəti dünya miqrasiya proseslərinin kontekstində' adlı məqaləsi ilə qalib olmuşdur.
2013, Frakfurt.'World Vision' təşkilatının Almaniyada keçirilən'Bizim istədiyimiz dünya' adlı Avropa Gənclər Forumu
2014, Tiflis. 'Qafqazda vətəndaş cəmiyyətinin gücləndirilməsi məqsədilə QHT təlimçiləri üçün təlim'
2015, Şəki. 'Təhsil sistemində fəlakət riskinin azaldılması' təlimi
2017, Bakı. Dövlət Miqrasiya Xidmətinin 10 illiyi ilə bağlı keçirilən 'Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri' mövzusunda elmi-praktik konfransı

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



İBRAHİMOVA NÜBAR NATİQ QIZI

PDFÇapEmail

 
müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1982-ci ildə Sumqayıt şəhərində anadan olub. 1989-1997-ci illərdə Şəki şəhər 11 saylı orta məktəbdə orta təhsil almışdır. 1997-ci ildə Sumqayıt Musiqi texnikumuna daxil olmuş, 2001-ci ildə oranı musiqi müəllimi, konsertmeyster ixtisası üzrə bitirmişdir. 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin «Filologiya» fakültəsinə daxil olmuş, 2005-ci ildə həmin universiteti «Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi» ixtisası üzrə bitirmişdir. 2006-ci ildə Sumqayıt Dövlət Universitetinin magistratura pilləsinə «Filologiya» ixtisası üzrə daxil olmuş, 2008-ci ildə «Xarici ölkə xalqlarının ədəbiyyatı» ixtisaslaşması üzrə magistr dərəcəsi alaraq universiteti bitirmişdir. 2009-2015-ci ilədək AMİ-nin Şəki filialının «Humanitar fənlər» kafedrasının müəllimi, 2015-ci ildən isə ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimidir. Ailəlidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-ci ildə Sumqayıt Musiqi texnikumunu musiqi müəllimi, konsertmeyster ixtisası üzrə bitirmişdir.
2005-ci ildə Sumqayıt Dövlət Universitetinin «Filologiya» fakültəsini «Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi» ixtisası üzrə bitirmişdir.
2008-ci ildə Sumqayıt Dövlət Universitetinin «Filologiya» fakültəsini «Xarici ölkə xalqlarının ədəbiyyatı» ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.
2009-ci ildən filialın «Humanitar fənlər» kafedrasının müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi.
2015-ci ildən ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və «Mədəd» təşkilatı tərəfindən təaşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə «Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi» təlim kursunu müvəfəqiyyətlə bitirmişdir.
2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda «Ali məktəb müəllimlərinin 3 aylıq İA təhsili» üzrə sertifikat almış.
2015, Şəki. «Təhsil sistemində fəlakət riskinin azaldılması» təlimi.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



EMİNOVA MİRVARİ ABDULƏLİ QIZI

PDFÇapEmail

 
EMİNOVA MİRVARİ ABDULƏLİ QIZI - Baş müəllim
Baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1965-ci ildə Şəki şəhərində anadan olub. 1982-ci ildə Şəki şəhər 19 saylı orta məktəbi, 1997-ci ildə BDU-nun Şəki filialının tarixçi, tarix müəllimi ixtisasını əla qiymətlərlə bitirib. 1995-2005- ci illərdə şəki şəhəri 7 saylı məktəbdə tarix müəllimi, 1999-2000-ci illərdə BDU-nun Şəki filialı, 2004-2016-cı ildən AMİ-nin Şəki filialında tarix müəllimi işləyib. 2016-cı ildən ADPU-nun Şəki filialında işləyir. hal-hazırda filialın Humanitar elmlərkafedrasının baş müəllimidir. Ailəlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1997-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialını bitirmişdir.
2014-cü ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantıdır.
2010-cu ildən AMİ-nin Şəki filialının baş müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1985-1986-ci illərdə Şəki 'Su kanal' idarəsində laborant.
1987-1989-cu illərdə ölçü cihazlarına və standartlara Dövlət Nəzarəti. Laboratoriyasında kadrlar şöbəsinin inspektoru.
1990-1992-ci illərdə şəki şəhər statistika idarəsində təsərrüfat hissə müdiri.
1995-2005-ci illərdə Şəki şəhər 7 saylı orta məktəbdə tarix müəllimi.
1999-2000-ci illərdə BDU-nun Şəki filialında tarix müəllimi.
2004-2016-cı illərdə AMİ-nin Şəki filialında müəllim (2010-cu ildən baş müəllim).
2016-cı ildən ADPU-nun Şəki filialında baş müəllim.

+ TƏDQİQAT SAHƏSİ
XVIII əsrin I yarısında Azərbaycanın xarici ticarət əlaqələri
Milli kurikulumun tələbləri əsasında tədrisin aktual problemləri
Tarixin tədrisində multimediya - kompüter texnologiyalarından istifadə

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2009, Bakı. Pedaqoji işçilərin elmi-metodik səviyyəsinin yüksəldilməsində ixtisasartırma təhsil müəssisələrinin rolu. Respublika elmi konfransı
2012, Müəllimlərin innovasiya texnologiyalarına münasibəti və təhsildə keyfiyyət məsələləri. II Beynəlxalq elmi konfrans.
2013, Avropa dövlətləri və erməni terroru. İnsan Hüquqları İnstitutunun 15 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans.
2014, Müasir təhsilin aktual problemləri. III Beynəlxalq elmi konfrans.
2015, 'Təhsildə fəlakət riskinin azaldılması' təlimçilərin təlimi seminarı.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Pedaqoji işçilərin elmi-metodik səviyyəsinin yüksəldilməsində ixtisasartırma təhsil müəssisələrinin rolu. Bakı 2009. Respublika elmi konfransının materialları
2. Erməni məsələsi Avropa siyasətində Bakı, 2010 Xəbərlər, elmi-metodik jurnal.
3. Avropa dövlətləri və erməni terroru. Bakı, 2013. Beynəlxalq elmi konfransın materialları
4. müəllimlərin innovasiya texnologiyalarına münasibəti və təhsildə keyfiyyət məsələləri. Bakı, 2012. II Beynəlxalq elmi konfransın materialları
5. Müasir təhsilin aktual problemləri. 2014. III Beynəlxalq elmi konfransın materialları.
6. XVIII əsrin I yarısında Azərbaycanın Osmanlı dövləti ilə iqtisadi və ticari münasibətləri.
7. Pedaqoji işçilərin elmi metodik səviyyəsinin yüksəlməsində ixtisasartırma
təhsil müəssisələrinin rolu.
8. 'Erməni məsələsi' – Avropa siyasətində .
9. XVIII əsrin 30-40-cı illərində Volqa-Xəzər ticarət yolu uğrunda mübarizə.



ƏHMƏDOVA RASİMƏ ŞAMİL QIZI

PDFÇapEmail

Filologiya üzrə dissertant, müəllim

QISA BİOQRAFİK MƏLUMAT
17 avqust 1983-cü ildə Şəкi şəhərində anadan olmuşdur. 1989-ci ildə Şəki şəhər 12 saylı orta məкtəbin I sinfinə daxil olmuş, 2000-ci ildə həmin məкtəbin XI sinfini bitirmişdir. 2001-ci ildə Baкı Dövlət Univеrsitеtinin Filologiya faкültəsinin I кursuna daxil olmuş, 2005-ci ildə həmin faкültəni əla qiymətlərlə və fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Baкı Dövlət Univеrsitеtinin Filologiya faкültəsinin 'Klassik Azərbaycan ədəbiyyatı' ixtisası üzrə magistraturasına qəbul olmuş, 2007-ci ildə magistraturanı yalnız əla qiymətlərlə və fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildən ADPU-nun Şəki filialında müəllim kimi fəaliyyət göstərir. 2014-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsi üzrə fəlsəfə doktorluğuna qəbul olunmuşdur. Hal-hazırda AMEA-nın müxbir üzvü, professor Nərgiz xanım Paşayevanın elmi rəhbərliyi altında 'Cəlil Məmmədquluzadənin felyetonlarının mövzu, janr və üslub məsələləri' adlı dissertasiya mövzusu üzərində çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali
2001-2005-Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr təhsili almışdır;
2005-2007-Bakı Dövlət Universiteti, Filologiya fakültəsində 'Klassik Azərbaycan ədəbiyyatı' ixtisası üzrə magistr təhsili almışdır;
2014cü ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsi üzrə fəlsəfə doktorluğunda təhsil alır.

+ ƏMƏK FƏALİYYƏTİ
2007-ci ildən ADPU-nun Şəki filialında ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir;
2008-2013-ci ilədəк Şəкi şəhərində yerləşən Regional TV-də Xəbər spikeri və Prodüser kimi fəaliyyət göstərmişdir;
2013-2017-ci ilədəк əsas iş yeri ADPU-nun Şəki filialı qalmaqla 2-ci iş yeri olaraq Şəкi şəhər Çələbixan qəsəbə tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir;

+ TƏDQİQAT SAHƏSİ
Klassik Azərbaycan ədəbiyyatı tarixi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
1. 2016-cı ildə 8-9 sentyabr tarixlərində Bakıda keçirilən 'Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri' adlı beynəlxalq konfransda 'Cəlil Məmmədquluzadənin yaradıcılığında multikulturalizm' adlı məruzəylə çıxış etmişdir.
2. 2017-ci il 17-18 may tarixlərində Azərbaycanda Şamaxı rayonunda keçirilən 'III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu'nda ''Molla Nəsrəddin' jurnalının türk mədəniyyət tarixinə təsiri' adlı məruzəylə çıxış etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Azərbaycan filoloji fikrinin aktual problemləri(Gənc tədqiqatçıların elmi konfransının məqalə və tezisləri), Bakı, 2002, səh 141-144.
2. Filologiya məsələləri. Bakı, 2016, №4, səh 69-74.
3. Dil və Ədəbiyyat.(Beynəlxalq Elmi-Nəzəri jurnal), 1(97), Bakı, 2016, səh 168-171.



CAVADOVA ZƏRİNƏ ƏLİƏKBƏR QIZI

PDFÇapEmail

Tarix elmləri namizədi

QISA BİOQRAFİK MƏLUMAT
1960-ci ildə Şəki şəhərində anadan olub. 1967-1977-ci illərdə Şəki şəhər 7 saylı orta məktəbdə təhsil almışdır. 1986-ci ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) tarix fakültəsini bitirmişdir. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin aspiranturasında qiyabi təhsil almış, 2004-cü ildə 'Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat' mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1986-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmişdir.
2004-cü ildə namizədlik dissertasiyası müdafiə edərək,tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
2000-ci ildən AMİ-nin Şəki filialında 'Humanitar elmlər' kafedrasının baş müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1986-1993-cü illər. Kiş kənd 6 saylı orta məktəbdə müəllim.
1993-2000-ci illər. Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim.
2000-2006-cı illər. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş müəllim.
2006-cı ildən hal-hazıradək Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini.

+ TƏDQİQAT SAHƏSİ
Tarixi demoqrafiya.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.Şimal- Qərbi Azərbaycan : tarixi-demoqrafik tədqiqat. Bakı, 1999.2.Şimal- Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası. Bakı, 2003.



CABBAROVA ELNARƏ

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1980-cı ildə Şəki şəhərinin Aşağı Göynük kəndində anadan olub.1997-ci ildə Aşagı Göynük kənd orta məktəbini bitirib.1997-2001-ci illərdə BDU-nun Şəki filialının Tarix fakültəsini bitirmişdir. 2003-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasının Arxeologiya və Etnoqrafiya kafedrasının 'Muzeyşünaslıq' ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007- ci ildən AMİ-nin Şəki filialında çalışır. Filialın Humanitar fənlər kafedrasının müəllimidir.Evlidir, 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-ci ildə BDU-nun Səki filialının Tarix fakültəsini bitirmişdir.
2003-cü ildə BDU-nun magistraturasını bitirmişdir.
2013-cü ildən filialın Humanitar fənlər kafedrasının müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
2003-2004-cü illərdə Şəki Araz kursunda tarix müəllimi
2005-2006-cı illərdə Şəki şəhər 4№i orta məktəbdə tarix müəllimi
2006-2007-ci illərdə AMEA-nın Şəki Regional Elmi Mərkəzində laborant
2007-2012-ci illərdə AMİ-nin Şəki filialında Tədris Şöbəsində metodist
2013-ci ildən AMİ-nin Şəki filialının Humanitar fənlər kafedrasının müəllimidir.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2007-ci ildə 30 may-12 iyun tarixində Amerika hokumətinin Təhsillə baglı nümayəndəliyinin Bakidakı mərkəzi tərəfindən Şəkidə keçirilən 'Liderlik, Nüfuz və Təşkilati Quruculuğa giriş' mövzusunda keçirilən təlim kursunu uğurla başa vurmuşdur.
2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Və 'Mədəd' təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə 'Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi' ilə bağlı olan təlim kursunu uğurla başa vurmuşdur.
2010-cu il 15 fevral -15 may tarixində AMİ-də İxtisas artırma kursunda iştirak etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



BAXIŞOV VÜSAL BÜNYAMİN OĞLU

PDFÇapEmail

Tarix üzrə fəlsəfə doktoru, baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
5 noyabr 1979-cu il tarixdə Şəкi rayonunun Кiş кəndində anadan olmuşdur. 1985-ci ildə Кiş кənd 6 saylı orтa məктəbin I sinfinə daxil olmuş, 1993-cü ildə VIII sinfi həmin məкtəbdə bitirmişdir. 1993-cü ildə Şəкi şəhər fiziкa-riyaziyyat və humanitar təmayüllü lisеyin IX sinfinə qəbul olmuş, 1996-cı ildə həmin lisеyin XI sinfini bitirmişdir. 1996-cı ildə Baкı Dövləт Univеrsiтетinin Şəкi filialının tarix faкülтəsinin I кursuna daxil olmuş, 2000-ci ildə həmin faкültəni yalnız əla qiymətlərlə və fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildə Baкı Dövləт Univеrsiтетinin tarix faкültəsinin «Azərbaycanın qədim və orтa əsrlər tarixi» ixtisası üzrə magistraturasına qəbul olunmuş, 2002-ci ildə magistraturanı yalnız əla qiymətlərlə və fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Gəncə Dövlət Universitetinin 'Vətən tarixi' ixtisası üzrə aspiranturasına daxil olmuş və aspiranturanı uğurla bitirmiş, əməkdar elm xadimi tarix elmləri doktoru S.A.Məmmədovun rəhbərliyi ilə «Səfəvilər dövründə Çuxur-Səd bəylərbəyiliyinin sosial-iqtisadi həyatı» mövzusundа tarix üzrə fəlsəfə doktoru dissertasiyası üzərində işi başa çatdıraraq, həmin dissertasiya işini 10 noyabr 2012-ci il tarixdə Bakı Dövlət Universiteti nəzdində yaradılmış tarix elmləri doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasında müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2014-cü il (protokol № 5-k) qərarı ilə mənə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2017-ci ilin iyul ayının 17-dən etibarən ADPU-nun Şəki filialının Humanitar elmlər kafedrasının müdiridir. 1 mart 2007-ci il tarixdən Azərbaycan Rеspubliкası Milli Məclisinin Aparatında III, IV və V çağırış Azərbaycan Rеspubliкası Milli Məclisinini dеputatı cənab Əli Əhməd oğlu Məsimlinin кöməкçisi vəzifəsində çalışır. 2008- ci ilin avqust-sentyabr aylarında ABŞ Dövləт Dеparтamеnтinin həyaтa кеçirdiyi 'İnternational visitor leadership Proqram'nın işтiraкçısı olmuşdur, ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşıdır. 2010-cu ildə təsis edilmiş «İqtisadi və Sosial İnnnovasiyalar İnstitutu» İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali
1996-2000 - Bakı Dövlət Universitetinin Şəki filialı, «Tarix» fakültəsində bakalavr təhsili almışdır;
2000-2002 - Bakı Dövlət Universiteti, «Tarix» fakültəsinin «Azəırbaycanın qədim və orta əsrlər tarixi» ixtisası üzrə magistr təhsili almışdır;
2002-2006 - Gəncə Dövlət Universitetinin «Vətən tarixi» istisası üzrə aspirantı olmuşdur.

«Səfəvilər dövründə Çuxur-Səd bəylərbəyiliyinin sosial-iqtisadi həyatı» mövzusundа tarix üzrə fəlsəfə doktoru dissertasiyası üzərində işi başa çatdıraraq, həmin dissertasiya işini 10 noyabr 2012-ci il tarixdə Bakı Dövlət Universiteti nəzdində yaradılmış tarix elmləri doktoru və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasında müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2014-cü il (protokol № 5-k) qərarı ilə mənə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1998-2000-ci illərdə Кiş кənd orta məктəbində tarix müəllimi işləmişdir;
2002- ci ildən 2007-ci ilədəк Şəкi şəhər M. Füzuli adına 3 saylı orta məктəbdə tarix müəllimi işləmişdir.
2007-ci il 1 mart tarixdən Azərbaycan Rеspubliкası Milli Məclisinin Aparatında III, IV və V çağırış Azərbaycan Rеspubliкası Milli Məclisinini dеputatı cənab Əli Əhməd oğlu Məsimlinin кöməкçisi vəzifəsində çalışır.
2009-cu ildən 2016-cı ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (26 noyabr 2015- ci l tarixindən etibarən ADPU-nun Şəki filialı) ixtisası üzrə saathesabı,
2016-cı ildən etibarən isə 0,25 ştat vahidi ilə müəllim vəzifəsində çalışmışdır.
2017-ci ilin iyul ayının 17-dən etibarən ADPU-nun Şəki filialının Humanitar elmlər kafedrasının müdiridir.

+ TƏDQİQAT SAHƏSİ
Azərbaycanın qədim və orta əsrlər tarixi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2008- ci ilin avqust-sentyabr aylarında ABŞ Dövləт Dеparтamеnтinin həyaтa кеçirdiyi 'İnternational visitor leadership Proqram'nın işтiraкçısı olmuşdur;
2013-cü ilin 20-25 may tarixlərində Bakı şəhərində təşkil edilmiş New Challences in the European Area: International Baku Forum of Young Scientists beynəlxalq konfransında «Various types of community ownership («camaat-i deh») in Chukhur-Saad Baylarbaylik» adlı məruzə ilə çıxış etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Səfəvi dövlətində təfavüt, cizyə və təfavütü-cizyə vеrgiləri. Tarix və onun problеmləri, №4, 2004, s.31-34
2. Səfəvi dövlətində fövqəladə vеrgi və mükəlləfiyyətlər. Tarix və onun problеmləri, №1, 2005, s.27-30.
3. XVI-XVII əsrlərdə Səfəvi maliyyə təşkilatı və əhalinin siyahıya alınması. Gəncə Dövlət Univеrsitеtinin Еlmi Xəbərləri (Hümanitar və təbiət еlmləri sеriyası), №2, 2005, s.97-104.
4. Səfəvi dövlətində dövlət (rеnta) vеrgiləri. Tarix və onun problеmləri, №3, 2005,s.5-12.
5. XVI-XVII əsrlərdə Qərbi-Azərbaycanda (Çuxur-Səddə) maldarlığın inkişafı haqda. Gəncə Dövlət Univеrsitеtinin Еlmi Xəbərləri (Hümanitar və təbiət еlmləri sеriyası), №1, 2006, s. 23-27.
6. XVI-XVII əsrlərdə Çuxur-Səd bəylərbəyiliyinin idarəçiliyi haqda. ADPU-nin Xəbərləri (Hümanitar еlmlər sеriyası), №3, 2006,s.194-198.
7. Qərbi Azərbaycanda (Çuxur-Səddə) kənd təsərrüfatının vəziyyəti və sudan istifadə haqqında (XVI-XVII əsrlər). ADPU-nin Xəbərləri (Hümanitar еlmlər sеriyası), № 4, 2006,s.469-474.
8. Çuxur-Səd bəylərbəyiliyində şah domеnləri (XVI-XVII əsrlərdə). Tarix və onun problеmləri, №3, 2007,s38-43.
9. Çuxur-Səd bəylərbəyiliyində sənətkarlığın inkişafı və zərrabxana işinin təşkili haqda. Gəncə Dövlət Univеrsitеtinin Еlmi Xəbərləri (Fundamеntal, hümanitar və təbiət еlmləri sеriyası), №1, 2007, s. 151-156.
10. Səfəvi yandırılmış torpaqlar taktikası və Qərbi Azər- baycan (iddialar və tarixi rеallıqlar). Tarix və onun problеmləri, №4, 2007, s.11-18.
11. Çuxur-Səd bəylərbəyiliyinin hüdudları və Osmanlı işğalı dövründə inzibati bölgüsü haqqında/Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. №2, Bakı: 2008, s.182-186.
12. XVI-XVII əsrlərdə Qərbi Azərbaycanda (Çuxur-Səddə) daxili ticarətin vəziyyəti haqqında.AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. №9, Bakı: 2008, s.194-203
13. Развитие скотоводства и термин «чобанбейи» в Западном Азербайджане – Чухур-Сааде в ХVI-ХVII веках . Молодой ученый №6, Чита: 2009, с. 117-121.
14. XVI-XVII əsrlərdə Qərbi Azərbaycanın (Çuxur-Sədin) Səfəvi tranzit ticarətində yeri və xarici ticarətin vəziyyəti haqqında .Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. №4, Bakı: 2009, s.152-158.
15. Müaf institutu və onun Çuxur-Səd bəylərbəyiliyində tətbiqi haqqında .AzərbaycanRespublikasınındövlət müstəqilliyinin 20-ci il dönümünə həsr olunmuş «Gənc alimlərin I Elmi Festivalı» çərçivəsində keçirilmiş elmi konfransların materialları («Səfəvilər dövləti 510: Səfəvilər dövlətinin tarixi gənc alimlərin araşdırmalarında» adlı konfrans). Bakı: 2011,s..499-503.
16. Çuxur-Səd bəylərbəyiliyində əkinçiliyin inkişafı haqqında. Doktorantların və gənc tədqiqatçıların XV respublika elmi konfransının materialları c.1., Bakı:2011, s.272-274
17. Sosial proseslərin hüquqi tənzimlənməsi.(Azərbaycanın şimal - qərb rayonlarının təhlili materialları əsasında) Bakı, Şirvannəşr, 2011. (kitab, həmmüəllif)
18. Права налогового иммунитета и сферы его применения в Чухур-Саадском беглярбегстве .Гілея: науковий вісник. Збірник наукових праць / Гол. ред. В.М. Вашкевич. – Киiв: ВІР УАН, 2012. – Випуск 60 (№5). c.278-283.
19. Various types of community ownership («camaat-i deh») in Chukhur-Saad Baylarbaylik. Abstracts Collection on New Challences in the European Area: International Baku Forum of Young Scientists Baku 20-25 May, 2013, p.503-505.
20. Çuxur-Səd bəylərbəyiliyi əhalisinin icra etdiyi hərbi yönümlü mükəlləfiyyətlər. Doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransının materialları c1., Bakı: 2012, s.169-172.
21. Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzinlənməsi: beynəlxalq təcrübə və Azərbaycan . Bakı, Şirvannəşr, 2012. (kitab, həmmüəllif)
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Biz nələri bilməliyik!. Bakı, Yeni Poliqrafist, 2013. (kitab, həmmüəllif)
23. XVI-XVII yüzyıllarda Çukur-Saad bölgesinde ermeni feodal zümresinin varlığı konusindakı iddialar ve tarihi gerçekler. Yeni Türkiye Stratejik Araşdırma merkezinin Yeni Türkiye jurnalı. ermeni meselesi özel sayısı. Say 60. Ankara 2014. s. 201-.211.
24. «Çuxur-Səd bəylərbəyliyində şərti bağışlama institutu və onun təzahür formaları», «Tarix və insan, cəmiyyət», ADPU, N2, (11 səh) 2017



ABDULSƏLİMLİ İBRAHIM MƏMMƏDRƏHİM OĞLU

PDFÇapEmail

baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
İbrahim Məmmədrəhim oğlu Abdulsəlimli1970-ci il 23 iyun tarixdə Azərbaycan Respublikası Şəki şəhərində anadan olmuşdur. 1977- ci ildə Şəki şəhər 14 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. 1988-1990-cı illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin 'Sosial elmlər və psixologiya' fakültəsinə daxil olub, 1996-cı ildə oranı 'Sosioloq' ixtisası üzrə bitirmişdir. 1996-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında Tədris şöbəsinin müdiri, dekan müavini, dekan və Humanitar elmlər kafedrasının müəllimi vəzifələrində çalışmışdır. 2001-ci ildə Azərbaycan Müəllimlər İnstitutu yarandıqdan sonra orada əmək fəaliyyətini 2015-ci ilədək davam etdirmişdir. 2015-ci ilin noyabrından AMİ və onunfilialları ADPU-ya qoşulmuşdur. ADPU-nun Şəki filialının 'Müasir təlim metodları və dayaq məntəqələri ilə iş' kabinetinin müdiri vəzifəsində çalışır. İ.M.Abdulsəlimli ADPU-nun Şəki filialında bakalavr pilləsində sosiologiya və fəlsəfə fənlərini tədris edir, yenidənhazırlanma və ixtisasartırma kurslarında mühazirə və seminar məşğələləri aparırır. 2011-ci ildə Bakı Dövlət Universitetinin doktoranturasının 'Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi' 6312.01 ixtisası üzrə qiyabi şöbəsinə daxil olmuşdur. Onun sosiologiya üzrə elmlər doktoru, professor Rafail Musa oğlu Həsənovun rəhbərliyi ilə 'Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili' mövzusunda(ixtisas: 6312.01- 'Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi') fəlsəfə doktoru proqramı üzrə tamamladığı dissertasiya işi Sosiologiya kafedrasının 18 noyabr 2016-cı il tarixli geniş iclasında müzakirə olunaraq müdafiəyə tövsiyə edilmişdir. İ.M.Abdulsəlimlinin şəxsi keyfiyyətləri ali məktəb müəlliminin şəxsiyyətinə verilən tələblərə uyğundur. O öz üzərində daim çalışır, mühazirə və seminar məşğələlərinə yüksək səviyyədə hazırlaşır. 'Öyrədənləri öyrədən' statuslu müəllim kimi müasir təlim metodlarının məktəblərdə təbligi istiqamətində məhsuldar fəaliyyət göstərməkdədir. İ.M.Abdulsəlimli tədris işləri ilə yanaşı, elmi fəaliyyətlə, tədqiqatçılıqla da ciddi maraqlanır, filialda, respublikada və beynəlxalq səviyyədə keçirilən müxtəlif konfranslarda, seminarlarda çıxış edir, tələbələrin elmi-tədqiqat xarakterli işlərə yönəldilməsində fəal mövqe nümayiş etdirir. O, pedaqoji fəaliyyətlə elmi işləri əlaqələndirməyi bacarır, asudə vaxtlarında yeni nəşr olunan elmi və metodik ədəbiyyatları öyrənir. Respublika və xarici elmi və elmi - pedaqoji mətbuatında 20 -ə yaxın məqalə çap etdirmişdir. 2 beynəlxalq, 4 respublika elmi konfransında çıxış etmiş, tezis və məqalələri respublikanın nüfuzlu jurnallarında və xarici ölkələrin elmi nəşrlərində çap olunmuşdur. Müxtəlif mövzularda treninq və seminarlarda iştirak etmiş və müvafiq sertifikatlar almışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1990-cı ildə Bakı Dövlət Universitetinin 'Sosial elmlər və psixologiya' fakültəsinə daxil olub, 1996-cı ildə oranı bitirmişdir;
2011-ci ildə Bakı Dövlət Universitetinin doktoranturasının 'Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi' 6312.01 ixtisası üzrə qiyabi şöbəsinə daxil olmuşdur. Onun sosiologiya üzrə elmlər doktoru, professor Rafail Musa oğlu Həsənovun rəhbərliyi ilə 'Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili' mövzusunda (ixtisas: 6312.01- 'Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi') fəlsəfə doktoru proqramı üzrə tamamladığı dissertasiya işi BDU – nun Sosiologiya kafedrasının 18 noyabr 2016-cı il tarixli geniş iclasında müzakirə olunaraq müdafiəyə tövsiyə edilmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1987-1988-ci illərdə Şəki şəhəri Barama toxumu zavodunda fəhlə, ekspeditor vəzifələrində işləmişdir.
1988-1990-cı illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir.
1996-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialında Tədris şöbəsinin müdiri, dekan müavini və Humanitar elmlər kafedrasının müəllimi vəzifələrində çalışmışdır.
2001-ci ildən AMİ-nin Şəki filialında çalışır. Hazırda həmin filial ADPU-nuntabeliyindədir. Filialın 'Müasir təlim metodları və dayaq məntəqələri ilə iş' kabinetinin müdiri, Humanitar elmlər kafedrasının müəllimidir.

+ TƏDQİQAT SAHƏSİ
Azərbaycan təhsil sitemi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2014cü ildə Bakı şəhərində Azərbaycan Müəllimlər İnstitutu, Word VisionInternational-ın birgə təkilatçılığı ilə'Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları' mövzusunda beynəlxalq elmi-praktik konfransda'Inklüziv təhsildə keyfiyyətin təminatı problemlərinin təhlili' mövzusunda məruzə iləiştirak etmişdir.
2015 ci ildə Budapeşt şəhərində (Macarıstan) keçirilən beynəlxalqelmi-praktik konfransda'Социологическийанализпроблемобеспечениякачества в высшемобразовании' mövzusunda məruzə ilə (onlayn)iştirak etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Azərbaycan: müasir gənclik və demokratiya Tezis Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri mövzusunda Respublika elmi konfransının materialları.Bakı, 2008 s.47-51
2. İxtisas səviyyəsinin yüksəldilməsində dayaq məntəqlərinin rolu Tezis Azərbaycan Müəllimlər İnstitutu Respublika elmi konfransının materialları.Bakı, 2009 s. 92-97.
3. İnsanın dünya görüşündə qloballaşma Tezis Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri mövzusunda keçirilmiş Respublika elmi-praktik konfransının materialları. Bakı, 2011s. 235-237.
4. Həyatın startegiyası Tezis Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları, II hissə. Bakı, 2011s. 82-84
5. Müasir şəraitdə ali təhsil sisteminin nəzəri-metodoloji problemləri Məqalə Dirçəliş – XXI əsr jurnalı, № 180, 2013,s. 279-286.
6. Heydər Əliyev milli təhsil sisteminin memarıdır .Məqalə APU-nun Pedaqoji xəbərləri, № 4, 2014s. 68-71.
7. İnklüziv təhsildə keyfiyyətin təminatı problemlərinin təhlili Tezis Azərbaycan Müəllimlər İnstitutu, Word Vision International, Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları mövzusunda elmi-praktik konfransın materialları, Bakı, 2014 s. 92-94
8. Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinə kompitent yanaşma.Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi, № 1, 2015s. 131-136
9. Социологический анализ проблем обеспечения качества в высшем образовании. Məqalə. Science and Education a New Dimension, III(7), Issue 42, Budapest, 2015
http://seanewdim.com/published-issues.html p.p. 103-107
10. Проблема обеспечения качества в образовании. Məqalə.Вектор науки ТГУ. Серия: Педагогика, психология. № 1, 2015 с. 11-13
11.Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələsi Məqalə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitunun Elmi əsələri.Beynəlxalq elmi-nəzəri jurnal № 1(24), 2015s.118-124.



İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Düzlük və təmizlik səadet vəe salamatlığın mayasıdır. M.E.TALIBOV

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp