Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian
Cümə axşamı, 07 Dekabr 2017

SÜLEYMANOVA İLAHƏ İZZƏT QIZI

PDFÇapEmail

baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
3 iyul 1967-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. 1974-1984-cü illərdə Şəki şəhər 11 saylı orta məktəbində təhsil alıb. 1984-1886-cı illərdə Şəki İstehsal İpək Birliyində fəhlə işləyib.1987-1992-ci illərdə BDU-da təhsil alıb.1992-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diploma ilə bitirib. Elə həmin il AMEA-nın Ədəbiyyat İnstitutunun aspiranturasına(qiyabi) qəbul olub. AMEA-nın 4 noyabr 1992-ci il tarixli (protokol№7) qərarı ilə «XIX əsr Şəki ədəbi mühiti» mövzusunda namizədlik dissertasiyası üzrə çalışmağıma icazə verilib, elmi rəhbər olaraq - f.e.dok.prof. İslam Məmməd oğlu Ağayev təyin edilib. 1992 - ildən BDU-nun Şəki filialı fəaliyyətə başlayan ilk gündən müəllim kimi əmək fəaliyyətinə başlayıb 2000-ci ildə müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunub.2000-2004-cü illərdə Şəki Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 2010-cu ildə AMİ-nin Şəki filialında müəllim işləyir. Həmin ildən Humanitar Elmlər kafedrasının baş müəllimidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1992-ci ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diploma ilə bitirib. 2010-cu ildən ADPU-nun Şəki filialının Humanitar Elmlər kafedrasının baş müəllimi, 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır.

+ ƏMƏK FƏALİYYƏTİ
1984-1886-cı illərdə Şəki İstehsal İpək Birliyində fəhlə işləyib.
1992-2000-ci ildən BDU-nun Şəki filialında müəllim.
2000-2004-cü illərdə Şəki Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi.
2010-cu ildə AMİ-nin Şəki filialının Humanitar Elmlər kafedrasının baş müəllimi.

+ TƏDQİQAT SAHƏSİ
Şəki ədəbi mühiti

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. XIX əsr Şəki ədəbi mühitinə dair. Bakı Slavyan Universiteti. Humanitar Elmlərin öyrənilməsinin aktual problemləri. Bakı:2010. s.123-127
2. XIX əsr Şəki ədəbi mühiti. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları. II hissə, Bakı, 2011. s. 69-70
3. İlyas Əfəndiyevin lirik-psixoloji hekayələrində Qarabağ mövzusuna sənətkar münasibəti. Azərbaycan Müəllimlər İnstitutu. «Xəbərlər», «Müəllim» nəşriyyatı, Bakı, 2014, №4. s. 66-69
4. Seyid Mir Həmzə Nigari əsərlərində klassik Azərbaycan şeirinin izləri. III Beynəlxalq Həmzə Nigari Türk Dünyası mədəni irsi simpoziumu materialları. 17-18 may, 2017. Şamaxı, Azərbaycan.



QULİYEV SEYİDMƏMMƏD ƏLİQULU OĞLU

PDFÇapEmail

İqtisadi elmləri üzrə fəlsəfə doktoru

QISA BİOQRAFİK MƏLUMAT
1935-ci ildə Oğuz (Vartaşen) rayonunun Şirvanlı kəndində anadan olub. 1949-1952-ci illərdə Oğuz (Vartaşen) şəhər orta məktəbini bitirmişdır. 1955-ci ildə Bakı 'Neft Texnikumunun Mühasibat uçotu' fakultəsini, 1959-cu ildə isə Bakı Döpblət Universitetinin 'İqtisad' fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Heydər Əliyev İqtisadi Məktəbin daimi mühazirəçisidir. Oğuz Təhsil şöbəsi nəzdində fəaliyyət göstərən 'Kiçik Akademiya'nın iqtisadi məsələlər üzrə bölmənin elm məsləhətçisidir.1993-cü ildən YAP-ın üzvüdür. Oğuz rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü və Oğuz rayon Veteranlar Şurasının məsul katibi kimi ictimai vəzifələr daşıyır. 1972-1991-ci illərdə Oğuz (Vartaşen) rayon Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyərkən iki dəfə 'Şərəf nişanı' ordeninə, 'Rəşadətli Əməyə' görə medalına, 'Əmək veteranı' medalına və 'XI beşilliyin zərbəçisi' döş nişanına layiq görülmüşdür. 1972-1991-ci illərdə Oğuz (Vartaşen) rayon Partiya Komitəsinin Büro üzvü, rayon sövetinin deputatı olmuşdur. Dəfələrlə həm Rayon Partiya Komitəsinin, həm də hazırki Rayon İcra Hakimiyyəti başçılarının 'Fəxri Fərmanlarına' layiq görülmüşdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1959-cu ildə Bakı Dövlət Universitetinin 'İqtisad' fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir;
1981-ci ildə 'Kolxozların əmək ehtiyyatları və onlardan səmərəli istifadə yolları' adlı dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi 'aliklik' elmi dərəcəsinə layiq görülmüşdür.

+ ƏMƏK FƏALİYYƏTİ
1959-1962-ci illərdə Oğuz (Vartaşen) rayonu '28 Aprel' kolxozunda baş mühasib;
1962-1991-ci illərdə Oğuz (Vartaşen) rayon Kənd Təsərrüfatı İdarəsində baş mühasib, Plan-Maliyyə Şöbəsinin rəisi, nəhayət 1972-1991-ci illərdə həmin idarənin rəisi;
1991-1996-cı illərdə Oğuz rayonu 'Qumlaq' kolxozunda baş mühasib, Kolxoz Sədri;
1996-2011-ci illərdə Oğuz rayonu üzrə Maliyyə idarəsində dövlət gəlirləri üzrə aparıcı məsləhətçi.
1994-cü ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında, 2000-ci ildən 2015-ci ilədək AMİ-nin Şəki filialında və 2015-ci ildən hal-hazıradək ADPU-nun Şəki filialında baş müəllim işləyir.
Tədris etdiyi fənlər: S/f. İqtisadi nəzəriyyə, S/f. Fəlsəfə, S/f. Politologiya.

+ TƏDQİQAT SAHƏSİ
İqtisadiyyat

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1973, Bakı, 'Tütünçülükdə əmək məhsuldarlığının artırılması ehtiyatları. Azərbaycan Elmi-Texniki Məlumat və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun İqtisadi Məlumatları. №6,1973, Bakı, 'Əmək ehtiyyatlarından səmərəli istifadə olunması kolxozlarda istehsalın artırılmasında əsas faktordur// Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki Məlumat və Texniki –İqtisadi Tədqiqatlar İnstitutunun İqtisadi Məlumatları. №20,1973, Bakı, Kənd təsərrüfatında əməyin mövsümiliyi// Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki Məlumat və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunun İqtisadi Məlumatları. №36,1974, Bakı, İstehsalın səmərəliliyinə əmək ehtiyyatlarından səmərəli istifadə olunmasının təsiri.// Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Əsərləri. VII cild
1975, Bakı Əməyin mövsümiliyi. Kənd Əməkçisinin Kaleudar//Bakı, 1975, 0,4 ç.v.
1978, Bakı, Maddi marağın əmək ehtiyyatlarından istifadə eedilməsinə təsiri: Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Əsərləri. №3
Tezisləri: Əmək ehtiyyatlarından səmərəli istifadə olunması yolları// SSRİ-nin yaranmasının 50 illik yubileyinə həsr olunmuş konfransın Tezisləri. Bakı, 1972.
'Elmi-texniki tərəqqi şəraitində maddi maraq və istehsalın səmərəliliyi məsələləri. // Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Tezisləri. Bakı, 1980.
2015. Bakı. Oğuz rayonunun iqtisadi potensialı və ondan səmərəli istifadə yolları. 'İqtisadiyyat və həyat' adlı jurnal №3 Bakı. 2015-ci il/



MƏHƏRRƏMOV TAHİR MƏHƏRRƏM OĞLU

PDFÇapEmail

 
MƏHƏRRƏMOV TAHİR MƏHƏRRƏM OĞLU - Baş müəllim
baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1956-cı il iyun ayının 20-də Şəki şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1963-cü ildə Şəki şəhər 4 Ni-li orta məktəbin I sinfinə daxil olmuş, orta təhsilini 1973-cü ildə Şəki şəhər 19 saylı orta məktəbdə başa çatdırmışdır. 1973-cü ildə Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən 2004-cü ilin noyabr ayının 19-dək Şəki şəhər yerli Radio Verilişləri Redaksiyasında redaktor, 1 N-li axşam fəhlə-gənclər məktəbində müəllim, metodist, Şəki şəhər XMŞ-də metodist, şəhər XDS İsraiyyə komitəsi yanında azyaşlılar komissiyasının məsul katibi, 'Bilik' Cəmiyyəti Şəki şəhər təşkitalı idarə heyətinin sədr müavini, Azərbaycan KP Şəki şəhər Komitəsində təlimatçı, Şəki şəhər XDS İcraiyyə Komiyəsində təlimatçı, Şəki rayonunun Cəfərabad kəndindəki Çörək-Qənnadı müəssisəsində mühəndis –texnoloq, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatında məsləhətçi, baş məsləhətçi, referent, böyük referent vəzifələrində işləmişdir. 2005-ci ilin fevral ayının 1-dən AMİ-nin Şəki filialında əvvəlcə laborant, həmin ilin sentyabr ayından müəllim, 2008-ci ilin sentyabr ayından isə metodist vəzifələrində işləmişdir. Hazırda ADPU-nun Şəki filialında Himanitar elmlər kafedrasının baş müəllimi vəzifəsində çalışır. 1990-1995-ci illərdəŞəki şəhər XDS-in deputatı olmuş, işlədiyi müddətdə Şəki şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir. Ailəlidir: 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1978-ci ildə ADU-nun tarix fakultəsini bitirmişdir.
2008-ci ildən Humanitar elmlər kafedrasının baş müəllimidir.
Hazırda ADPU-nun Şəki filialında Himanitar elmlər kafedrasının baş müəllimi vəzifəsində çalışır.

+ ƏMƏK FƏALİYYƏTİ
1978-1979-cu illər – Şəki şəhər yerli Radio Verilişləri Redaksiyasında redaktor
1979-1982-ci illər - 1 N-li axşam fəhlə-gənclər məktəbində müəllim, metodist.
1982-1987-ci illər - Şəki şəhər XMŞ-də metodist, şəhər XDS İsraiyyə komitəsi yanında azyaşlılar komissiyasının məsul katibi.
1987-1990-cı illər - 'Bilik' Cəmiyyəti Şəki şəhər təşkitalı idarə heyətinin sədr müavini.
1990-2004-cü illər- Azərbaycan KP Şəki şəhər Komitəsində təlimatçı, Şəki şəhər XDS İcraiyyə Komiyəsində təlimatçı, Şəki rayonunun Cəfərabad kəndindəki Çörək-Qənnadı müəssisəsində mühəndis –texnoloq, Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatında məsləhətçi, baş məsləhətçi, referent, böyük referent.

+ TƏDQİQAT SAHƏSİ
Azərbaycanın müasir dövr tarixi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
1. 2012-ci ildə - Heydər Əliyev və dövlət idarəçiliyi. 'Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti' mövzusunda AMİ-də keçirilmiş Ümumrespublika elmi-praktik konfransında iştirak və çıxış etmişdir.
2. 2016-cı ildə - I Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər və Azərbaycana qarşı iddialar. II Azərbaycan Elm Festivalında iştirak etmişdir.
3. 2017-ci ildə - H.Əliyev irsi və Azərbaycan təhsilinin inkişafında Ulu öndərin rolu. Bakı Slavyan Universitetində keçirilmiş VIII Beynəlxalq Konfransda iştirak etmişdir.
4.2017-ci il 17-18 may tarixlərdə - Azərbaycan multikultural həyat tərzi və etnik dəyərlər məkanıdır. Şamaxıda keçirilmiş III Beynəlxalq Həmzə Nigari Türk Dünyası mədəni irsi simpoziumunda iştirak etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. 'Şəki sənətkarlığı' – (məqalə), Azərbaycan Müəllimlər İnstitutu, Xəbərlər (elmi-metodik jurnal, N1, 2010), s. 15-19;
2. 'Erkən orta əsrlərdə Qərbi Avropada və Azərbaycanda mədəniyyətin inkişaf səviyyəsi' – (məqalə), Azərbaycan Müəllimlər İnstitutu, Xəbərlər (elmi-metodik jurnal, N3, 2011), s.63-66
3. 'Heydər Əliyev və dövlət idarəçiliyi' – (tezis), 'Heydər Əliyev irsi və müasir Azərbaycanın inkişaf siyasəti' mövzusunda AMİ-də keçirilmiş Ümumrespublika elmi-praktik konfransının materiallar.Bakı, AMİ, 10 dekabr 2012-ci il), s.75-78.



Humanitar fənlər kafedrasında yeni ənənənin əsası qoyulub

PDFÇapEmail



ADPU-nun Şəki filialının  Humanitar fənlər kafedrasında yeni ənənənin əsası qoyulmuşdurADPU-nun Şəki filialının  Humanitar fənlər kafedrasının 26 oktyabr (ProtokolN2)  2017-ci il tarixdə keçirilmiş iclasında kafedra əməkdaşlarının  Şəki şəhərində fəaliyyət göstərən tam orta məktəblərlə əlaqələrinin sıxlaşmasına və ali məktəblə tam orta məktəblər arasında  təhsil və tədrisin keyfiyyətinin artırılması istiqamətində koordinəedilmiş fəaliyyətin qurulması, həmçinin ADPU-nun Şəki filialının fəaliyyətinin təbliği
Read More...



İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Övladınızla xoş rəftar edin, onun tərbiyyəli olmasına diqqət yetirin. MƏHƏMMƏD PEYĞƏMBƏR (S.Ə.S)

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp