Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian
Çərşənbə, 13 Dekabr 2017

Ənənəvi üsulla fəal təlim elementlərinin sintezində qurulmuş nümunə dərsi

PDFÇapEmail



Ənənəvi üsulla fəal təlim elementlərinin sintezində qurulmuş nümunə dərsiADPU-nun Şəki filialında Təbiət fənləri və onların tədrisi metodikası kafedrasında davamlı olaraq açıq dərslərin, eləcə də təcrübə mübadiləsi məqsədi ilə nümunə dərslərinin təşkili və müzakirəsi diqqət mərkəzində saxlanılır. Belə nümunə dərslərindən biri 12 dekabr 2017-ci ildə kafedranın baş müəllimi Gülnara Abdurahmanovanın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV kursunda “S/f.: Kompüter şəbəkələri, internet və multimediya
Read More...



“Payızın rəngləri fırçalarda” adlı rəsm müsabiqəsinə yekun vurulub

PDFÇapEmail



“Payızın rəngləri fırçalarda” adlı rəsm müsabiqəsinə yekun vurulubADPU-nun Şəki filialında xüsusi istedada və üstün qabiliyyətlərə malik tələbə-gənclərlə səmərəli iş aparmaq məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kimi noyabr ayının əvvəllərində “Payızın rəngləri fırçalarda” adlı rəsm müsabiqəsi elan olunub. Müsabiqəyə filialın müxtəlif ixtisaslarında təhsil alan 40-a yaxın tələbənin kətan parça və kağız üzərində həm sulu, həm də yağlı boya ilə çəkdiyi rəsm işləri təqdim olunub.
Read More...



İLYASOV XAN ABUBƏKİR OĞLU

PDFÇapEmail

 
İLYASOV XAN ABUBƏKİR OĞLU
müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1954-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə Kiş kənd orta məktəbində təhsil almışdır. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş. 1976-ci ildə həmin fakültəni bitirmişdir. Evlidir, iki oğlu var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı dövlət Univesiteti) mexanika- riyaziyyat fakultəsini riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası ilə bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1976-cı ildən Şəki rayonunun Kiş kənd orta məktəbində riyaziyyat müəllimi.
2012-ci ildən AMİ-nin indiki ADPU-nun Şəki filialının Təbiət elmləri və onların tədrisi metodikası kafedrasında müəllim.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



HƏMİDOVA XURAMAN İSA QIZI

PDFÇapEmail

 
HƏMİDOVA XURAMAN İSA QIZI - Baş müəllim
baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Şəki rayonunun Baş Layıskı kəndində anadan olmuşdur. 1970-1976-cı ildə Şəki şəhər 12 saylı orta məktəbdə, 1977-1980-ci ildə Şəki şəhər M. Qorki adına 10 saylı orta məktəbdə təhsil almışdır. 1980-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni bitirib, təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları istehsalı Eksperimental zavodunda iqtisadçı vəzifəsində işə başlamışdır. 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi təyin olunmuşdur. 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialına laborant vəzifəsinə təyin olunmuşdur. 1998-ci ildə həmin müəssisədə baş laborant, 1999-cu ildə müəllim, 2000-ci ildən AMİ-nin Şəki filialında müəllim kimi fəaliyyətimi davam etdirmişdir. 25.09.2001 tarixdə AMİ-nin Şəki filialının Təbiət elmləri kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir. 1997-2007-ci illərdə ictimai əsaslarla dekan vəzifəsində çalışmışdır. 2007-2008-ci ildə 'PKYH İA və təkmilləşdirilməsi', 2008-2009-ci ildə isə 'Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi' kabinetinə müdir vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin oktyabrından əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü seçilmişdir. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı 'Dodu' ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir. Ailəlidir. 3 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetini bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1985-1991 Şəki DBAM və MKİEZ iqtisadçı
1991-1992 Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-1998 BDU Şəki filialı laborant
1998-1999 BDU Şəki filialı baş laborant
1999-2001 BDU Şəki filialı müəllim
2001-2003 AMİ-nin Şəki filialı müəllim
2003-2007 AMİ-nin Şəki filialı baş müəllim
1997-2007 AMİ-nin Şəki filialı ictimai əsaslarla dekan
2007-2008 AMİ-nin Şəki filialı'PKYHİA və T' kabinetinin müdiri
2008-2009 AMİ-nin Şəki filialı'KS və TNQ' kabinetinin müdiri
Hal - hazırda ADPU-nun Şəki filialında Təlim Tərbiyə üzrə təşkilatkı işləyir.

+ TƏDQİQAT SAHƏSİ
İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi şəraitində şagirdlərin riyazi təfəkkürünün formalaşdırılmasının elmi-nəzəri və texnoloji əsasları.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2004, 29 oktyabr, 'Öyrədənlərin öyrədilməsi' proqramı üzrə Təhsil menecerləri kursları üçün mühazirəçi hazırlayan xüsusi təlim kursu. 'Təhsilin idarə olunması və iqtisadiyyatı'. 'Öyrədən' statusu verilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu
2004, 30 iyun, 'Öyrədənlərin öyrədilməsi' proqramı üzrə 'Fəal və interaktiv təlim metodları' mövzusunda xüsusi təlim kursu. 'Öyrədən' statusu verilməsi. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
2008, 08-12 sentyabr, 'Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu' Azərbaycan Respublikası Təhsil Nazirliyi
2009, İKT-nin təhsilə tətbiqi üzrə 'Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi', Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd 2010, 03 iyul, 'Avropada Baloniya Prosesi və onun Azərbaycanda Perspektivliyi', Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013, iyul, 'Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv təhsilin inkişafı' layihəsinin Ali Təhsil komponenti çərçivəsində 'İnklüziv Təhsil üzrə Alitəhsil müəssisələri üçün hazırlanmış kurs', Azərbaycan Müəllimlər İnstitutu
2015, 22-27 may, 'Təhsildə Fəlakət Riskinin Azaldılması' UNİSEF-in Azərbaycandakı nümayəndəliyi
2017, 22 sentyabr, 'Participated in Task Based Learninq' seminar Sheki Azerbaijan

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
Bakı, 2008. Kiçikyaşlı məktəblilərin ümümi inkişaf səviyyəsinin yüksəldilməsində riyaziyyat təliminin rolu.//Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 1
Bakı, 2009. Riyaziyyatın tədrisi metodikasının məqsəd və məzmunu.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 3
Bakı, 2009. İbtidai sinif şagirdlərinə riyaziyyatdan tətbiqi yaradıcılıq qabiliyyətlərinin aşılanması.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 4
Bakı, 2013. Riyaziyyat dərslərində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi.// Pedaqoji Universitet Xəbərləri. N 4
Bakı, 2014. İbtidai siniflərdə mətnli məsələlərin rolu.// Pedaqoji Universitet Xəbərləri. N 2
Bakı, 2015. Mətnli məsələlər və sadə məsələlərin həlli metodikası.// Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 1
Bakı, 2015. Mürəkkəb məsələlər və həlli metodikası.//Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 3
Bakı, 2016. Şagirdlərin fəaliyyətinin alt standartların reallaşmasını hədəfləyən harmoniyası.// Fizika, riyaziyyat və informatika tədrisi. N 3



FEYZULLAYEVA SƏADƏT TEYFUQ QIZI

PDFÇapEmail

 
FEYZULLAYEVA SƏADƏT TEYFUQ QIZI - Baş müəllim
baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
26.02.1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1989-cu ildə Şəki şəhər 11 saylı orta məktəbi fərqlənmə, 1995-ci ildə N.Nusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya–kimya müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1996-ci ildən ADU-nun Şəki filialında əmək fəaliyyətinə laborant olaraq başlamış, 1997-cı ildən müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2001-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçmüş və 2003-cü ilə kimi Bakı şəhəri Y.Kovalyov adına 229 saylı məktəbdə müəllim olaraq işləmişdir. 2003-cü ildən AMİ-nin Şəki filialında Təbiət elmləri və tədrisi metodikası kafedrasında müəllim, 2009-cu ildən isə baş müəllim olaraq çalışır. 2014-cü ildən ADPU-nun Şəki flialının Tələbə Elmi Cəmiyyətinin sədridir. Ailəlidir.Əri Ə.T.Feyzullayev Şəki şəhər mərkəzi xəstəxanasında kardioloq olaraq çalışır. İki övladı var. Oğlu İ.Ə Feyzullayev ADPU-nun Beynəlxalq əlaqələr fakültəsində III kursda, qızı T.Ə Feyzullayeva Xəzər Universitetində İngilis dili müəllimliyi ixtasında təhsil alır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1995-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1996-cı ildə Bakı Dövlət Universitetinin Şəki filialında laborant
1997-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim
2001-ci ildən Bakı şəhər Y.Kavalyov adına 229 saylı məktəbdə müəllim
2003-ci ildən AMİ-nin Şəki filialında müəllim
2009-ci ildən AMİ-nin Şəki filialında baş müəllim
Hal hazırda ADPU-nun Şəki filialında baş müəllim vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ
'Kişçay' hövzəsinin selləri
Ümumi təhsil Kurikulumunun əsasları və kurilulumun 'Həyat bilgisi' fənninin tədrisində tədbiqi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2007. Bakı. Regional ekocoğrafi şərait və onun yaxşılaşdırılması yolları. Azərbaycanda müasir coğrafi tədqiqatlar mövzusunda Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri
2008. Baky. Gənclərə əbədi örnək. Труды Географического Общества Азербайджана, XIII том, Экспериментальные природно- разрушительные явления и создаваемые ими экогеографические проблемы
2009. Bakı. Kişçay hövzəsində sellərə qarşı mübarizə tədbirləri. Aspirantların və tədqiqatçıların XIII respublika elmi konfransının materialları, Azərbaycan Dövlət İqtisad Universiteti.
2009. Mockвa. Антропогенная деградация горных лесов бассейна реки Кишчай. Актуальные проблемы гуманитарных и естественных наук.Журнал научных публикаций.
2011.Bakı. Geomorfoloji amilin sellərin yaranmasına təsiri. XXI əsrin ekoloji çağırışları və Azərbaycan. Bakı Dövlət Universiteti
2011.Bakı. Sellərin idarə olunması. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XVI cild. Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafın müasir problemləri. №5
2011.Bakı. Ekoloji indiqatorlar sel fəaliyyətinin indiqatorları kimi. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XVI cild. Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafın müasir problemləri.
2011.Новосибирск. Динамика селевых явлений в бассейне Кишчай. Наука и современность-2011. Сборник материалов XII Международной научно-практической конференции. Часть ı.
2011. Москва . Влияние климатического фактора образование селевого потока. Российская академия наук. Высшая аттестационная комиссия Межрегиональный совет по науке и технологиям. Фундаментальные и прикладные проблемы науки.Том 3. Материалы VI симпозиума
2011.Bakı. Fitomelorativ tədbirlərin təşkili davamlı inkişafın ayrılmaz hissəsi kimi. Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri. Beynəlxalq konfransın materialı. Azərbaycan Universiteti.
2012. Bakı. Sellərin idarə olunmasında Baş Planın yaradılmasının vacibliyi. Doktarantların və gənc tədqiqatçıların XVI Respublika Konfransının materialları I cild.
2012. Bakı. Kişçay hövzəsində ekzomorfogenez proseslərin dinamikası. AMEA-nın xəbərləri, Coğrafiya İnstitutu.
2012. Bakı. 'Həyat bilgisi' fənninin tədrisində fəal tədris metodlarının tədbiqi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti. N 2.
2014. Bakı. Təhsildə proqressiv innovasiyalar. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti. N 3.
2016.Bakı Təhsildə milli və bəşəri dəyərlərin vəhdəti prinsipi və onun təhsildə yeri Humanitar elmlərin öyrənilməsi aktual probləmləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Universiteti N2
2016. Şəki. Qlobal ekoloji problemlərdə antropogen amilin rolu (meşəsizləşdirmə timsalında ). II Azərbaycan Elm Festifalı

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.'Ekologiya və təbiətin mühafizəsi' seçmə fənni üzrə, ibtidai sinif müəllimliyi ixtisası üçün proqram
2.'Ətraf mühit amillərinin sağlamlığa təsiri' seçmə fənni üzrə, məktəbə qədər təlim və tərbiyə üzrə proqram.



ƏMRAHOVA SEVİNC AKİF QIZI

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1972- ci ildə Şəki şəhərində anadan olub.1979-1989-cu illərdə Şəki şəhər 11 saylı məktəbdə təhsil alıb. 1989-1992-cı illərdə Şəki Doğum Evi Kompleksində kiçik tibb işçisi işləmisdir.1992-ci ildə N.Nərimonov adına Azərbaycan Dövlət Tibb İnstitununa daxil olub. 1997-ci ildə həmin inistutu bitirib. 1998-ci ildən ŞMRX-da həkim-dermatoloq vəzifəsində çalışır. Ailəlidir 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1997-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin I müalicə profilaktika fakultəsini bitirib. 2012 -ci ildən AMİ-nin Şəki filalında 'Təbiət fənləri və onların tədrisi' fakultəsində müəllimdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1989-1992-ci illərdə Şəki Doğum Evi Kompleksində kiçik tibb işçisi
1997-ci ildən Şəki MRX-da həkim dermatonevroloq 2012- ci ildən AMİ-nin Şəki filalında müəllim vəzifəsində çalışır. Hal – hazıradək ADPU-nun Şəki filialında müəllim vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



CƏBRAYILOVA NURANƏ BƏHRAM QIZI

PDFÇapEmail

 
CƏBRAYILOVA NURANƏ BƏHRAM QIZI
müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1989-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur.1995-2006-cı illərdə Şəki rayonu N.Hümmətov adına Oxud kənd orta məktəbində təhsil almışdır. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə BDU-nun Hesablama diaqnostikası ixtisası üzrə magistr elmi dərəcəsini almışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr.
2010-2012-ci illərdə BDU-nun Hesablama diaqnostikası ixtisası üzrə magistr elmi dərəcəsini almışdır.

+ ƏMƏK FƏALİYYƏTİ
2012-2015-ci illər AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının müəllimi
2015-ci ildən hal-hazıradək ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müəllimi

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Delphi-də verilənlər bazasının yaradılması 'Fizika, riyaziyyat və informatika tədrisi' jurnalı Bakı,2015 №2, səh.51-55
2. Tədris prosesində interaktiv texnologiyalardan istifadə zamanı ActivInspire proqramının imkanları, 'Fizika, riyaziyyat və informatika tədrisi' jurnalı, Bakı,2015 №2, səh.51-55
3. Delphi-də bazaya məxsus cədvəllər arasında əlaqənin yaradılması, 'Fizika, riyaziyyat və informatika tədrisi' jurnalı, Bakı,2016 №2, Səh.42-46
4. Delphi ilə MS Access verilənlər bazasının əlaqələndirilməsi, 'Fizika, riyaziyyat və informatika tədrisi' jurnalı, Bakı, 2016 №3, Səh. 58-63



AĞABALAYEV QAFQAZ MƏHƏMMƏDHƏSƏN OĞLU

PDFÇapEmail

 
AĞABALAYEV QAFQAZ MƏHƏMMƏDHƏSƏN OĞLU
müəllim
QISA BİOQRAFİK MƏLUMAT
1983-cü il yanvar ayının 10-u Şəki rayonunun Kiş kəndində anadan olmuşdur.1989-cu ildə Şəki rayonu Kiş kəndi keçmiş 1 saylı (indiki 4 saylı) tam orta məktəbində təhsil almağa başlayıb, 2000-ci ildə bitirmişdir. 2000-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakultəsinin Coğrafiya ixtisasına qəbul olmuşdur. 2004-cü ildə ali təhsili bitirib Şəki rayonu Kiş kənd 4 saylı (keçmiş 1 saylı) tam orta məktəbinə və Aydin Məmmədov adına 2 saylı tam orta məktəbinə Coğrafiya müəllim kimi işə qəbul olmuşdur. 2004-cü ildə Gəncə Dövlət Universitetinin magistratura təhsili almaq üçün qiyabi şöbəsinə qəbul olmuşdur. 2007-ci ildə magistratura təhsilini bitirmişdir. 2007-ci ildə Pedaqoji fəaliyyətini müvəqqəti dayandırıb Aprel ayında hərbi xidmətə getmişdir. 2008-ci ilin Aprel ayında hərbi xidmətdən qayıtmışdır. 2008- ci ildə təkrar olaraq Pedaqoji fəaliyyətinə davam etdirdi. 2012-ci ildə AMİ-nin Şəki filialına müəllim kimi işə qəbul olmuş. 2013-cü ildə AMEA-nın Coğrafiya İnstitutuna dissertant olaraq qəbul olmuş. Hal- hazırada təhsilini davam etdirir. Evlidir iki evladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2000-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakultəsinin Coğrafiya ixtisasına qəbul olmuşdur.
2004-cü ildə Gəncə Dövlət Universitetinin magistratura təhsili almaq üçün qiyabi şöbəsinə qəbul olmuşdur.
2013-cü ildə AMEA-nın Coğrafiya İnstitutuna dissertant olaraq qəbul olmuş.

+ ƏMƏK FƏALİYYƏTİ
2012-ci ildə AMİ-nin ( indiki ADPU) Şəki filialına müəllim kimi işə qəbul olmuş.
Şəki rayonu Kiş kənd 4 saylı (keçmiş 1 saylı) tam orta məktəbinə və Aydin Məmmədov adına 2 saylı tam orta məktəbinə Coğrafiya müəllim kimi işə qəbul olmuşdur

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.Müasir iqlim dəyişkənliklərinin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təsiri. Aqrar elmin və təhsilin innovativ inkişafı Beynəlxalq elmi-praktik konfransın materialları III cild, 2015. 4 səh.
2.Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının sahə strukturunun dəyişməsi. Coğrafiya və təbii resurslar. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. № 2 , 2015. 4 səh .
3.Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təminatında rolu. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universititeti, Coğrafiya: Nəzəriyyə, Praktika və İnnovasiya, Bakı-2015. 8 səh
4.Zaqatala rayonunun kənd təsərrüfatında iqtisadi göstəricilərin təhlili. Azərbaycan Dövlət Aqrar Universititetinin elmi əsərləri № 2, Gəncə-2016. 5 səh .
5.Şəki-Zaqatala iqtisadi rayonunda taxılçılığın inkişaf problemləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universititeti, Azərbaycan Regionlarının Coğrafi Problemləri, Respublika elmi-praktiki Konfransın materialları, Bakı-2016. 3 səh .
6.Изменение структуры сельского хозяйства и проблемы развития сельского расселения в Азербайджане. География и геоэкология на службе науки и инновационного образования, Материалы Х1 международной научно-практической конференции, посвященной Всемирному дню земли и 100-летию заповедной системы России, Красноярск-2016. 3 səh.
7.Развитие туристской индустрии в северо-западном регионе Азербайджанской Республики. Сервису и туризму-инновационное развитие, Материалы международной научно-практической конференции, Санкт-Петербург 2016. 3 səh.
8.Şəki-Zaqatala iqtisadi rayonunda meyvəçiliyin müasir vəziyyəti və inkişaf perspektivləri. Azərbaycan Respublikasında Demiqrafik İnkişaf: Əhali məskunlaşmasının Perspektivləri və Regional Problemləri jurnalı. Bakı 2016. Azərbaycan Coğrafiya cəmiyyəti H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. 4 səh.
9.Azərbaycanda məskunlaşma arealının formalaşmasına su hövzələrinin təsiri. 15-16 mart 2017-ci il tarixində keçirilən 'Şollar- Bakı qurğuları kompleksinin' 100 illiyinə həsr olunmuş. Su Ehtiyatları, Hidrotexniki qurğular və ətraf mühit mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları jurnalı. Bakı- 2017. 3 səh.
10.Balakən rayonunun kənd təsərrüfatının iqtisadi göstəricilərinin panel təhlili. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu. Gəncə- 2017. 4 səh.



İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.HARRİS

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp