Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

PDF faylını alÇapE-poçt

IMG 20190304 WA0133 Copy
Azərbaycanda ali məktəb tələbələrinin elmi tədqiqat işlərinə cəlb edilməsinin bir-neçə on illik tarixi vardır. Hal- hazırda bu sahədə fəaliyyət 2014- cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “TEC haqqında” və “Ali təhsil sistemində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında” nümunəvi Əsasnamə ilə tənzimlənir.
Filialda son illlər tələbələrin elmi tədqiqatçılığa cəlb edilməsi sahəsində sistemli iş aparılır. 2015-ci ildə ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulduqdan sonra Şəki filialının bütün struktur və bölmələri ADPU–nun strukturuna uyğunlaşdırıldığı kimi, ADPU-nun TEC haqqında Əsasnamə tələblərində uyğunlaşdırılmışdır.
Hər il filialda tələbə elmi konfranslarının, fənn olimpiadaları və müsabiqələrin keçirilməsi üçün filial direktorunun əmri ilə təşkilat komitələri, fənlər üzrə bölmələr yaradılır. Konfrans və müsabiqələr başa çatdıqdan sonra bölmə rəhbərlərinin yazılı təqdimatları əsasında qaliblər I,II,III dərəcəli diplomlarla, fərqlənənlər isə fəxri fərmanlarla mükafatlandırılır. Məlum olduğu kimi olimpiadalar təlimin əlavə təşkili formalarından biridir. Gənclərin ixtisasları üzrə dərin biliyə yiyələnməsində olimpidaların xüsusi əhəmiyyəti vardır.
Filialın TEC –inin illik planına uyğun olaraq 2018 -2019 –cu tədris ilinin noyabr ayının 5-dən -25 -ə dək ayrı – ayrı ixtisaslar üzrə fənn olimpiadaları ədəbi – bədii yaradıcılıq müsabiqələri keçirilmişdir. Olimpiadaların keçirilməsi üç mərhələdə təşkil edilir: hazırlıq mərhələsi, ikinci olimpiadaların təşkili və üçüncü yekun mərhələ.
Fənn olimpiadalrının keçirilməsi məqsədilə filial direktorunun 01 noyabr 2018 – ci il tarixli əmri ilə 10 nəfərdən ibarət Təşkilat komitəsi yaradılmışdır.
Olimpiadalarda ümumilikdə 222 nəfər tələbə iştirak etmişdir. Tələbələrə riyaziyyat fənni üzrə 60, digər fənlər üzrə 30 sual və test tapşırıqları təqdim edilmişdir.Riyaziyyat fənni üzrə 27 nəfər, coğrafiya fənni üzrə(T\C müəllimliyi) 15 nəfər, tarix fənni üzrə 16, psixologiya üzrə 29, Azərbaycan dili üzrə 47 nəfər, ingilis və fransız dili müəllimliyi üzrə 31 nəfər, pedaqogika və Azərbaycan dili fənni üzrə “İbtidai sinif müəllimlyi” ixtisasından 20 nəfər tələbə olimpiadaya qoşulmuşdur.
Olimpiadaların yekun mərhələsində təşkilat komitəsi tərəfindən yerlər müəyyən edilmiş, təqdimatlar aparılmışdır.
Hər tədris ilinin aprel və ya may ayında filialda yekun tələbə elmi konfransı keçirilir, tələbələrin il ərzində kafedralar xətti ilə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri qiymətləndirilir.
Bundan başqa noyabr ayında filialda müxtəlif başlıqlar altında ədəbi bədii yardıcılıq müsabiqələri keçirilmiş,tələbələr tərəfindən 57 iş təqdim olunmuşdur. Bunların 22-i rəsm, 18-i əl işi, 8-i şeir və hekayədir.
Filialda həvəsləndirmə məqsədilə il ərzində nizam intizamı və fəaliyyəti ilə seçilən tələbələr müxtəlif naminasiyalarda diplomlar verilmişdir:
“İlin ən yaxşı qrup nümayəndəsi” “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “ ixtisasının IV kursunun qrup nümayəndəsi Əhmədova Solmaz Həsən qızı;
“İlin ən yaxşı tələbəsi” “Riyziyyat və informatika müəllimliyi” ixtisasının V kurs tələbəsi Abbaslı Nadir Nazim oğlu;
TGT –nin sədri Rəhmov Ramin Çingiz oğlu isə filialın ictimai həyatında fəal iştirakına görə təltif edilmişdir.
2018–ci ilin may ayının 2-3 tarixində filialda Azərbaycan Xalqının Ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95-ci illiyinə həsr olunmuş sayca XII Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransın plenar iclasında 3 bölmə üzrə keçirilən iclaslarda isə 82 tələbənin elmi işi üzrə təqdimatlar dinlənilmiş, hər bölmə üzrə I, II,III yer tutan ən yaxşı tələbə elmi işlərinin icraçıları müvafiq diplomlarla, digər tələbələr fəxri fərmanlarla təltif edilmişlər. 2018-2019-cu i tədris ilində filialın kafedraları üzrə 97 nəfər tələbə elmi tədqiqat fəaliyyətinə cəlb olunmuşdur.
16 noyabr 2018-ci il tarixində Bakıda Azərbaycan Pedaqoji Universitetinində Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı 75-ci elmi konfransı keçirilmişdir. Bu konfransda filialımızı Bakı turuna vəsiqə almış yeddi nəfər tələbə təmsil etmişdir.Tələbələr konfransa fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. Abbaslı Nadir Nazim oğlu “Veb saytların tədrisə tətbiqi”adlı təqdimatı və Məmmədova Jalə Bayraməli qızının “Microsoft Excel proqramının riyaziyyat dərslərinə tətbiqi” adlı təqdimatları I dərəcəli diploma layiq görülmüşlər. Bu yalnız tələbələrin deyil həmçinin onlarla çalışan müəllimlərin və ümumilikdə fiialımız uğuru kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Təhsil Nazirliyinə daxil olmuş müraciətə əsasən 5 noyabr 2018-c i il tarixdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında Konstitusiya Gününə həsr olunmuş “Hüquqi Dövlətin əsasları” mövzusunda Hüquq olumpiyadasında filialın tələbələri fal iştirak etmişlər.
Filial tələbələrindən 8 nəfəri 2018-ci ilin noyabr ayının 3-də ADPU-nun Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçiriləcək intelektual yarışmada iki komanda tərkibində (16 nəfər) olmaqla fəal iştirak etmişlər.
2018- ci ilin oktyabr ayının 16-da filialda TEC–in illik konfransı keçirilmiş, TEC–in şurasının tərkibinə ayrı-ayrı ixtisaslar üzrə tədqiqatçılıq qabiliyyətinə malik, elmi tədqiqat işlərinə həvəsi olan 18 nəfər tələbə və qruplar üzrə məsul şəxslər seçilmişdir.
Hər il tədris ilinin əvvəlində TEC –in illik iş planı tərtib edilir, il ərzində görüləcək işlərin fəaliyyət strategiyası müəyyənləşdirilir. Diqqətinizə çatdırım ki, TEC –in 2018-2019 –cu tədris ilinə aid iş planında il ərzində icrası təmin olunacaq 34 məsələ daxil edilmişdir. İş planında təhsil alanların elmi tədqiqat işinə cəlb edilməsində və bu sahədə fəaliyyətin həyata keçirilməsində elm, təhsil və təcrübənin vəhdəti prinsipinin əsas götürülməsi, tədqiqatlara maraq oyadılması, il ərzində elmi seminarların, konfransların, fənn olimpiadaların, elmi təqdimatların, müsabiqə və bilik yarışmalarının keçirilməsi, tanınmiş alimlərin mühazirələrində və ustad dərslərində iştirakçılıq və s. kimi tədbirlər nəzərdə tutulmuşdur. Keçirilən tədbirlər filialın daim yenilənən internet saytına yerləşdirilir.
2018 –ci ilin oktyabr ayında filialın müxtəlif ixtisaslarında təhsil alan istedadlı 108 nəfər tələbə filialın kafedralarında elmi fəaliyyətə cəlb edilmişdir. Kafedralar xətti ilə onlara tədqiqat işi üçün mövzu seçimi imkanı yaradılmışdır. Tələbələr 2019-cu il may ayının əvvəllərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunacaq XIII tələbə elmi konfransına təqdim olunmaq üçün elmi araşdırmalarını davam etdirirlər.
Filialın tələbələrinin də təmsil olunduğu “Şəki” komandası son 3 ildə “AZTV” ilə yayımlanan “Xəmsə” intellektual bilik yarışmasında fəal iştirak edirlər. Tələbələrimiz bu yarışmada qalib olmuş, fəxri fərmanlarla təltif edilmişlər.
Filialda tələbə elmi konfransları ilə yanaşı, “Elm cəmiyyətin günəşidir”, “Nə, harada, nə zaman” adlı intellektual bilik yarışmaları, “ESSE “ yazı, ədəbi-təbii yaradıcılıq, müsabiqələri də keçirilir.
2018-ci hesabat ilində filialda elm, ədəbiyyat, incəsənət, xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylər, tarixi və bayram günləri, habelə xalqımızın qan yaddaşına yazılmış “20 yanvar Ümümxalq hüzn günü” , “26 – fevral – Xocalı faciəsi”, “31 mart – Azərbaycanlıların soyqırımgünü kimi” faciəvi hadisələrin anım günlərinə həsr olunmuş elmi konfranslar keçirilmişdir.
Filialda kafedralar xətti ilə ayda bir dəfə təşkil olunan elmi seminarlarda tələbələr və müəllimlər fəal iştirak edirlər. Seminarlarda TEC –in üzvi olan tələbələrin məruzələri dinlənilmişdir.
2018-ci ilin aprel ayında filialda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilmiş 2018 –ci ilin 30 may tarixdə “Dini radikalizmə, erkən nigahlara və narkomaniyaya qarşı mübarizə” mövzusunda konfrans, 18 oktyabr 2018 – ci il tarixində “Dövlət müstəqilliyinin bərpasının 27 –ci ildönümü” nə həsr olunmuş elmi – nəzəri konfrans və s. kimi tədbirlər yaddaqalan olmuşdur.
ADPU –nun Şəki filialında 2018-ci ilin fevral ayından “Ümumfənlər kafedrası”nın psixologiya müəllimi Kəmalə Şaban qızı Ramazanovanın rəhbərliyi ilə “Gənc Psixoloqlar Birliyi” fəaliyyət göstərir. Müxtəlif ixtisasdan olan tələbələrinin aktual mövzulara həsr edilmiş layihələri və təqdimatları tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. “Gənc Psixoloqlar Birliyi”nin fəaliyyəti seçdikləri “Düşünərək dəyişək” adlı şüara tamamilə uyğun olduğu özünü müsbət tərəflərdən göstərmişdir. Konfrans və seminarlarda tələbələr elmi mövzuların düzgün qoyuluşu, materialın toplanması, təhlillərin aparılması, nəticələrin çıxarılması və təqdim olunması bacarıqlarına yiyələnmiş olurlar.
26 oktyabr 2018 –ci il tarixində filialın Xarici dil ixtisasının II kurs tələbəsi N.Rüxsarənin təqdimatında eftanaziya ilə bağlı məsələlərə aydınlıq gətirilmiş, onun hüquqi, etik tərəfləri izah edilmişdir. 27 oktyabr 2018-ci il tarixində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II kurs tələbəsi Elvin Mabudun “Parapsixologiya” adlı təqdimatı tələbə və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. Seminarın sonunda sağlam yuxu, vədrdişlərin əhəmiyyəti vurğulanmışdır. Seminarda təlimin keyfiyyətinin yüksəldilməsi üçün verilən tövsiyələrin praktik əhəmiyyət daşıdığı vurğulanmış, bundan tələbələrin faydalanması müəllimlər tərəfindən arzuolunan hal kimi qiymətləndirmişdir. Yuxarıda adı çəkilən tədbirlər filialın “Gənc Pixoloqlar” adlı internet saytında yerləşdirilmişdir.
2018 – ci ildə ADPU-nun Şəki filialının Tarix-Coğrafiya ixtisasının V kurs tələbələri filialın “Təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi, g.m.q.f.d. H.L.Mustafabəylinin rəhbərliyi ilə yeni layihəyə imza atmışlar. Gənc tədqiqatçılar Şəki və onun kəndlərindən yerli coğrafi toponimlərini toplamış və təqdim etmişlər. Bu layihənin davam etdirilməsi nəzərdə tutulur.
26 noyabr 2018 – ci il Ümumfənlər kafedrasının müəllimi Mətənət Mustafayevanın rəhbərliyi ilə “Bir hekayəm var adlı “ müsabiqənin keçirilmişdır.
Filialımızda Teatr Dramaturqlar Birliyi fəaliyyət göstərir. Burada təşkil olunan tədbirlər gənc nəslin elmi, bədii yaradıcılıq axtarışlarına sövq etməklə bərabər , onların tərbiyəsində, mənəvi dünyalarının formalaşmasında da böyük rol oynayır. Tədbirlər filialın fdb_adpu_ Seki internet saytında yerləşdirilir. 24 dekabr saat 11 00 da birliyin “Sevdiyimiz yazıçıların əsərlərində qadınlar” adlı nöbvəti maraqlı təbiri təşkil edilmişdir.
24 dekabr 2018 –ci il Gənclər və İdman Nazirliyinin keçirəcəyi “İdeya var” adlı II ümumrespublika müsabiqəsinə ADPU –nun Şəki filialının 3 tələbəsi öz layihələrini təqdim etmişlər. Diqqətinizə çatdirmaq istəyirəm ki, bu müsabiqənın 4 nominasiya üzrə təşkili nəzərdə tutulumuşdur. Filialımızın tarix-coğrafiya müəllimliyi V kurs tələbəsi Məmmədzadə Əfsanə Qabil qızının “Həm qoruyaq, həm yaradaq, həm faydalanaq” adlı ekoloji layihəsi bəyənilmiş və son seçim turuna dəvət almışdır. Ə.Q.Məmmədzadə seçim turunda filialımızı yüksək səviyyədə təmmsil edərək, ekoloji naminasiya üzrə sərgi –müsabiqədə fəal iştirakına görə Gənclər və İdman Nairliyinin diplomu ilə təltif edilmişdir.
Hər bir tədris ilində bir və ya iki dəfə filialın Elmi Şurasında TEC –inin fəaliyyəti haqqında hesabatlar dinlənilir, müvafiq qərarlar qəbul edilir.

2018-2019-cu tədris ilində ADPU-nun Şəki filialının TEC-nin Şurasının yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:
1.Feyzullayeva Səadət Teyfuq qızı- b/m. TEC-nin sədri
2.Rəhimli Rəhman Elman oğıu – “Xarici dil( ing.) müəllimliyi” ixtisasının I kurs tələbəsi, üzv
3. Məhərrəmli Səadət Məhyəddin qızı – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I kurs tələbəsi, üzv
4.Xəlilova Xanım İslam qızı – “Tarix-coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbəsi, üzv
5.Xəlilova Günay Rövşən qızı – “Təhsildə Sosial Psixoloji Xidmət” ixtisasının III kurs tələbəsi, üzv
6.Əhmədova Nüşabə Kamil qızı – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III kurs tələbəsi, üzv
7.İdrisova Səbunə Rəfael qızı – “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının III kurs tələbəsi, üzv
8.Abdullayeva Aytac Sənan qızı – “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi, üzv
9.Fərhadzadə Nail Mais oğlu – “”Xarici dil müəllimliyi ixtisasının( fransiz), III kurs tələbəsi, üzv
10.Muradlı Nitfullah Rövşən oğlu – “Xarici dil(fransız dili) müəllimliyi” ixtisasının II kurs tələbəsi, üzv
11.Quliyeva Lamiyə Rafiq qızı – “”Xarici dil müəllimliyi ixtisasının(ingilis dili) III kurs tələbəsi, üzv
12.Abbasova Fidan Qalib qızı – “İbtidai sinif müəllimliyi” ixtisasının III kurs tələbəsi, üzv
13.Əhmədova Bahar Telman qızı – “Təhsildə Sosial Psixoloji Xidmət” ixtisasının II kurs tələbəsi, üzv
14.Adışirinova Ləman Elçin qızı – “Məktəbəqədər təlim və tərbiyə “ixtisasının II kurs tələbəsi, üzv
15.Məmmədova Jalə Nicat qızı – “İbtidai sinif müəllimliyi” ixtisasının II kurs tələbəsi, üzv
16.Abdullayeva Aysel Sərvət qızı- “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının II kurs tələbəsi, üzv
17.Əliyev Elvin Alxaz oğlu – “İngilis dili müəllimliyi” ixtisasının II kurs tələbəsi, üzv
18.Əhmədova Aytac Zülfüqar qızı – “Tarix- coğrafiya müəllimliyi “ ixtisasının II kurs tələbəsi, üzv

ADPU –nun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin qruplar üzrə məsul şəxsləri

1.Əliyeva Zemfira Fərman qızı – Riyaziyyat –informatika müəllimliyi, V kurs
2.Qaragözova Vüsalə Natiq qızı- Məktəbəqədər təlim və tərbiyə, IV kurs
3.Məmmədli Mirzəxan Mirzəcan oğlu- Tarix – Coğrafiya müəllimliyi, V kurs
4.Mirzəhəsənova Asimə Elman qızı - Sosial Psixoloji xidmət, IV kurs
5.Muradova Aişən Elşad qızı – Riyaziyyat – İnformatika müəllimlyi, IV kurs
6.Məsimova Nəzrin Polad qızı – Tarix- coğrafiya müəllimliyi, IV kurs
7.Əyyubzadə Lalə Xanlar qızı – Azərbyacan dili və ədəbiyyatı müəllimlyi, IV kurs
8.Mikayılova Səma Mehman qızı - Xarici dil müəllimliyi( İng.d.), IV kurs
9.Əliyeva Məxmər Şahmar qızı - Xarici dil müəllimlyi( Fr.d.), IV kurs
10.Ramazanova Aygün Eldəniz qızı – İbtidai sinif müəllimliyi , IV kurs
11.Abbasova Fidan Eldar qızı – Təhsildə Sosial Psixoloji Xidmət, III kurs
12.Muradlı Lütfullah Rövşən oğlu - Xarici dil müəllimliyi( Fr.d.), III kurs
13.Quliyeva Lamiyə Vaqif qızı - Xarici dil müəllimliyi( İng.d.), III kurs
14.İdrisova Səbunə Rəfail qızı - Məktəbəqədər təlim və tərbiyə, III kurs
15.Qədirova Arzu Namiq qızı - – Azərbyacan dili və ədəbiyyatı müəllimlyi, III kurs
16.Quliyeva Xədicə Tahir qızı- İbtidai sinif müəllimliyi, III kurs
17.Rüstəmova Rəhimə İlham qızı - Riyaziyyat –informatika müəllimliyi, III kurs
18.Məmmədzadə Dilbər Sabir qızı - Riyaziyyat –informatika müəllimliyi, II kurs
19.İsayeva Şəbnəm Eldəniz qızı - Tarix- coğrafiya müəllimliyi, II kurs
20.Yusifova Aytac Fəxriyar qızı - – Azərbyacan dili və ədəbiyyatı müəllimlyi, II kurs
21.Balakişiyeva Humay Vaqif qızı - Xarici dil müəllimlyi( İng.d.), II kurs
22.Muradova Vəsilə Cəmşid qızı - Xarici dil müəllimliyi( Fr.d.), II kurs
23.Məmmədova Lalə Nicat qızı - İbtidai sinif müəllimliyi , II kurs
24.İsmayılova Nailə Sakit qızı - Məktəbəqədər təlim və tərbiyə, II kurs
25.İsmayılova Samirə Vüqar qızı - Təhsildə Sosial Psixoloji Xidmət, II kurs
26.Mənəfova Mehriban Mürşüd q- Riyaziyyat /informatika müəllimliyi, I kurs
27.Dəmirova Sevinc Aqil q. – T/C, I kurs
28.Əliyeva Nuranə Elşad qızı- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, I kurs
29.Abdullayeva Billurə Əkbər q. – xarici dil( İng.d.)müəllimliyi, I kurs
30.Quluzadə Şəhriyar Zöhrab oğlu. – Xarici dil. (Fr.) müəllimliyi, I kurs
31.Cəfərov Bəhruz İlqarovic- İbtidai sinif müəllimliyi, I kurs
32.Fətəlizadə Aytən Samir q. – Təhsildə Sosial Psixoloji Xidmət, I kurs
33.Abbasova Sevda Məmməd q – Məktəbəqədər təlim və tərbiyə, I kurs
 

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır. SIR TOMAS MOR

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp