Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

HƏMİDOVA XURAMAN İSA QIZI

PDF faylını alÇapE-poçt

Baş müəllim, Təlim Tərbiyə üzrə təşkilatçı

QISA BİOQRAFİK MƏLUMAT

1963-cü ildə Şəki rayonunun Baş Layıskı kəndində anadan olmuşdur. 1970-1976-cı ildə Şəki şəhər 12 saylı orta məktəbdə, 1977-1980-ci ildə Şəki şəhər M. Qorki adına 10 saylı orta məktəbdə təhsil almışdır. 1980-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni bitirib, təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları istehsalı Eksperimental zavodunda iqtisadçı vəzifəsində işə başlamışdır. 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi təyin olunmuşdur. 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialına laborant vəzifəsinə təyin olunmuşdur. 1998-ci ildə həmin müəssisədə baş laborant, 1999-cu ildə müəllim, 2000-ci ildən AMİ-nin Şəki filialında müəllim kimi fəaliyyətimi davam etdirmişdir. 25.09.2001 tarixdə AMİ-nin Şəki filialının Təbiət elmləri kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir. 1997-2007-ci illərdə ictimai əsaslarla dekan vəzifəsində çalışmışdır. 2007-2008-ci ildə 'PKYH İA və təkmilləşdirilməsi', 2008-2009-ci ildə isə 'Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi' kabinetinə müdir vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin oktyabrından əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü seçilmişdir. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı 'Dodu' ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir. Ailəlidir. 3 övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetini bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1985-1991 Şəki DBAM və MKİEZ iqtisadçı
1991-1992 Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-1998 BDU Şəki filialı laborant
1998-1999 BDU Şəki filialı baş laborant
1999-2001 BDU Şəki filialı müəllim
2001-2003 AMİ-nin Şəki filialı müəllim
2003-2007 AMİ-nin Şəki filialı baş müəllim
1997-2007 AMİ-nin Şəki filialı ictimai əsaslarla dekan
2007-2008 AMİ-nin Şəki filialı'PKYHİA və T' kabinetinin müdiri
2008-2009 AMİ-nin Şəki filialı'KS və TNQ' kabinetinin müdiri
Hal - hazırda ADPU-nun Şəki filialında Təlim Tərbiyə üzrə təşkilatkı işləyir.

+ TƏDQİQAT SAHƏSİ
İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi şəraitində şagirdlərin riyazi təfəkkürünün formalaşdırılmasının elmi-nəzəri və texnoloji əsasları.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2004, 29 oktyabr, 'Öyrədənlərin öyrədilməsi' proqramı üzrə Təhsil menecerləri kursları üçün mühazirəçi hazırlayan xüsusi təlim kursu. 'Təhsilin idarə olunması və iqtisadiyyatı'. 'Öyrədən' statusu verilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu 
2004, 30 iyun, 'Öyrədənlərin öyrədilməsi' proqramı üzrə 'Fəal və interaktiv təlim metodları' mövzusunda xüsusi təlim kursu. 'Öyrədən' statusu verilməsi. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 
2008, 08-12 sentyabr, 'Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu' Azərbaycan Respublikası Təhsil Nazirliyi 
2009, İKT-nin təhsilə tətbiqi üzrə 'Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi', Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd 2010, 03 iyul, 'Avropada Baloniya Prosesi və onun Azərbaycanda Perspektivliyi', Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013, iyul, 'Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv təhsilin inkişafı' layihəsinin Ali Təhsil komponenti çərçivəsində 'İnklüziv Təhsil üzrə Alitəhsil müəssisələri üçün hazırlanmış kurs', Azərbaycan Müəllimlər İnstitutu 
2015, 22-27 may, 'Təhsildə Fəlakət Riskinin Azaldılması' UNİSEF-in Azərbaycandakı nümayəndəliyi
2017, 22 sentyabr, 'Participated in Task Based Learninq' seminar Sheki Azerbaijan

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
Bakı, 2008. Kiçikyaşlı məktəblilərin ümümi inkişaf səviyyəsinin yüksəldilməsində riyaziyyat təliminin rolu.//Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 1
Bakı, 2009. Riyaziyyatın tədrisi metodikasının məqsəd və məzmunu.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 3
Bakı, 2009. İbtidai sinif şagirdlərinə riyaziyyatdan tətbiqi yaradıcılıq qabiliyyətlərinin aşılanması.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 4
Bakı, 2013. Riyaziyyat dərslərində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi.// Pedaqoji Universitet Xəbərləri. N 4
Bakı, 2014. İbtidai siniflərdə mətnli məsələlərin rolu.// Pedaqoji Universitet Xəbərləri. N 2
Bakı, 2015. Mətnli məsələlər və sadə məsələlərin həlli metodikası.// Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 1
Bakı, 2015. Mürəkkəb məsələlər və həlli metodikası.//Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 3
Bakı, 2016. Şagirdlərin fəaliyyətinin alt standartların reallaşmasını hədəfləyən harmoniyası.// Fizika, riyaziyyat və informatika tədrisi.N 3
Bakı, 2019. Ümumtəhsilin keyfiyyətinin idarəolunmasının bəzi aspektləri barədə.// Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Əsərlər. cild 86, N 1

Tel: +(994 24) 24 6 05 79

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur. ABBASQULU AĞA BAKIXANOV

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp