QISA BİOQRAFİK MƏLUMAT

Məcidova Türkan Möylam qızı, 16 mart 1987-ci ildə Şəki şəhərində anadan olub.1993-2004-cü illərdə Şəki şəhər 3 saylı orta məktəbdə təhsil alıb. 2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (hazırda ADPU-nun Şəki filialı) Azərbaycan dili və ədəbiyyatı fakültəsində bakalavr təhsili almışdır. Magistr təhsilini 2010-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Ədəbiyyatı üzrə qiyabi formada olmaqla başa vurub. 2015-ci ildən AMEA, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ixtisasına müvafiq doktorantdır. 2011-ci ildən ADPU-nun Şəki filialında müəllim (2018-ci ildən baş müəllim) kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2009-cu ildə AMİ-nin Şəki filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsini,
2011-ci ildə ADPU-da Azərbaycan ədəbiyyatı üzrə magistraturanı bitirib.
2015-ci il AMEA, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə doktorant kimi daxil olub.

ƏMƏK FƏALİYYƏTİ

2011-ci ildən AMİ-nin Şəki filialında müəllim 
2018-ci ildən ADPU-nun Şəki filialında baş müəllim

TƏDQİQAT SAHƏSİ

Azərbaycan ədəbiyyatı

TƏDRİS ETDİYİ FƏNLƏR

İbtidai siniflərdə Azərbaycandili və onun tədrisi metodikası, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

• T.Qədirova. “Bilqamıs” dastanı və Azərbaycan dastanları arasında paralellər. (Məqalə). AMİ Xəbərlər, N3/2012. Səh: 29-31
• T.Qədirova. Şumer və Azərbaycan laylaları, ovsunları və sınamalarında oxşarlıq. (Məqalə). SDU Elmi Xəbərlər, cild 8, N3/2012. Səh: 26-28
• Qədirova T. İsa Muğannanın “Məşhər” romanında Əmir Teymur obrazı bədii və tarixi kontekstdə. (Məqalə) Filologiya məsələləri N5, Bakı 2014. Səh: 323-329
• T.Qədirova.B.Vahabzadə yaradıcılığında vətən sevgisi və əsl vətəndaş mövqeyi. (Məqalə). Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N2/2014. Səh: 187-191
• T.Qədirova. H.Cavid lirikasının aparıcı mövzuları. (Məqalə). AMİ Xəbərlər. N1/2014. Səh: 82-85
• T.Qədirova. Mollanəsrəddinçi şairlərin ana dili məsələsi haqqında poetik düşüncələri. (Tezis) Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı. Bakı, 2016. Səh: 1023-1025
• T.Qədirova. B.Vahabzadə poeziyasında ana dilinə münasibət. (Məqalə) Risalə. 11-ci cild. Bakı, 2015. Səh: 92-96
• T.Qədirova. Cənubi Azərbaycan demokratik poeziyasında ana dili problemi. (Məqalə) Risalə. 12-ci kitab. Bakı, 2016. Səh: 167-173
• T.Məcidova AXC dövründə Azərbaycan şeir dili və Ə.Cavadın istiqlal poeziyasında ana dili mövzusu (Tezis). Beynəlxalq elmi konfrans xülasələri. Bakı, 2018. Səh: 69-70
• T.Məcidova AXC dövründə Azərbaycan şeir dili və Ə.Cavadın istiqlal poeziyasında ana dili mövzusu. (Məqalə). Konfrans materialları. Bakı, 2018. Səh: 675-679
• T.Məcidova. R.Rza, X.R.Ulutürk və B.Vahabzadənin ana dilinin cəmiyyətin həyatındakı mövqeyi ilə əlaqədar fikirləri. (Məqalə). Risalə. 15-ci kitab. Bakı, 2018. Səh: 172-181
• Güney Azerbaycanda anadilli şiirin gelişiminde Muhemmedhüseyn Şehriyar şiirinin önemi. 1.Uluslararası Türkoloji kongresi “Arayışlar ve yönelimler”, 2022. Səh: 65-73
• H.Cavid yaradıcılığında osmanlı elementləri və qəliz ərəb-fars tərkiblərindən daha təmiz azərbaycancaya keçid. Risalə, Araşdırmalar toplusu, 2022. Səh: 95-103

SERTİFİKATLAR

• 1.Uluslararası Türkoloji kongresi “Arayışlar ve yönelimler”, 16-18 Mayıs 2022. Katılım belgesi