QISA BİOQRAFİK MƏLUMAT

Nərgiz Heydərova 1986-cı ildə Şəki şəhərində anadan olmuşdur.1992-ci ildə Şəki şəhər N.Gəncəvi adına 7 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 2003-cü ildə məktəbi bitirmişdir.2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialına daxil olmuş, “İbtidai Təhsilin Pedaqogikası və Metodikası” ixtisası üzrə təhsil almışdır. 2014-cü ildə Naxçıvan Qarnizonu Əlahiddə Ümumqoşun Ordusuna məxsus “Bənövşə” uşaq bağçasında əvvəlcə tərbiyəçi, 2016-cı ildən isə müdir vəzifəsində çalışmışdır.2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə magistr təhsili almışdır.2022-ci ildə ADPU-nun Şəki filialında müəllim kimi fəaliyyətə başlamışdır.2022-ci ildə R.Əfəndiyev adına 10 saylı orta məktəbdə psixoloq vəzifəsində fəaliyyətə başlamışdır.

ƏMƏK FƏALİYYƏTİ

2014-cü ildə Naxçıvan şəhərində “Bənövşə” uşaq bağçasında tərbiyəçi
2016-cı ildə Naxçıvan şəhərində “Bənövşə” uşaq bağçasında müdir
2022-ci ildə ADPU-nun Şəki filialında müəllim
2022-ci ildə R.Əfəndiyev adına 10 saylı orta məktəbdə psixoloq

TƏDRİS ETDİYİ FƏNLƏR

Eksperimental psixologiya, Sosial psixologiya, İdarəetmə və menecment psixologiyası, Şəxsiyyətlərarası konfliktlərin psixologiyası, Psixopedaqogika, Uşaq psixologiyası

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Şəxsiyyətin inkişafında öyrənməyi öyrənmənin önəmi, Naxçıvan Müəllimlər İnstitutu, “Təhsil,Tədqiqat və İnnovasiyanın vəhdəti” mövzusunda Doktorant və Magistrantların III Regional Elmi Konfransının Materialları,2021,Bölmə 1,səh 44-49
2. Müəllim empatiyasının təlim fəaliyyətinə təsiri, Naxçıvan Müəllimlər İnstitutu, Elmi Əsərlər, N3,səh 65