“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən regionlarda gənclərin ictimai fəallığının artırılması, onların könüllü fəaliyyətə cəlb edilməsi və şəbəkələşməsinə dəstək verilməsi məqsədi ilə RİİB nümayəndələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, ADPU-nun Şəki filialında 20 noyabrda növbəti görüş keçirilib. Tədbirdə Şəki filialının 100-ə yaxın tələbəsi iştirak edib. Görüş zamanı İctimai Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və qarşıya qoyulan vəzifələrin icrasında könüllülərin rolu barədə ətraflı məlumat verilib, həmçinin filialın tələbələri arasından RİİB könüllüsü olmaq istəyən gənclərin qeydiyyatı aparılıb.
https://m.facebook.com/story.php?story_fbid=pfbid02i76b4CTn3kSKem5hK5avpcLgWHfjatvELZMTuvF5WVt9ixJfjn2uDRyc2KF99G2Kl&id=100064573366222&mibextid=Nif5oz