2024-cü il aprel ayının 23-də ADPU-nun Şəki filialının “Təhsildə sosial psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi Nərmin Ramazanova pedaqoji internatura keçdiyi 9 saylı beynəlmiləl tam orta məktəbdə “İnternetdən asılılıq” mövzusunda maarifləndirici seminar keçib. Seminarın məqsədi şagirdləri internetdən faydalı istifadə istiqamətində maarifləndirmək, internetin verdiyi üstülüklər, habelə ondan düzgün yararlanmamaqdan qaynaqlanan problemlər haqqında geniş, əsaslandırılmış məlumat verilib.
Seminarda metodist Aygül Salmanova, məktəbin psixoloqu Məlahət Məmmədova, pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova iştirak edib. Seminar maraqlı mükalimə şəraitində keçib.