2024-cü il aprel ayının 23-də ADPU-nun Şəki filialının “Azərbaycan dili və əbədiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi İnci Abdulsəlimli pedaqoji internatura keçdiyi 10 saylı tam orta məktəbin Va sinfində “Ədəbiyyat” fənnindən sınaq dərs keçib. Sınaq dərninin mövzusu Səməd Vurğunun “Çinarın hekayəti” əsəri olub.
Sınaq dərsində filialın direktoru dosent Vurğun Məmmədov, metodist Vaqif Aslanov, ADPU-nun Şəki filialının Həmkatlar İttifaqı Komitəsinin sədri, Humanitar fənlər kafedrasının baş müəllim Tahir Məhərrəmov, pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova, məktəbin direktoru Billur Abdulsəlimli, fənn müəllimi Sevinc Əliyeva və tələbələr iştirak edib.