Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Aprel 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29          
TƏRCÜMƏ ET:
English Russian

“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub

PDF faylını alÇapE-poçt



“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub25 aprel 2019 – cu il tarixində ADPU –nun Şəki filialının kitabxanasında kitabxana əməkdaşlarının və Tələbə Gənclər Təşkilatının ideya rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı həftəsi ” adlı esse müsabiqəsinin yekun müzakirəsi və qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə kitabxananın müdiri Gülnaz İsmayılova
giriş sözü ilə çıxış ederek tədbirin keçirilməsində məqsəd və Cəfər Cabbarlının ayrı – ayrı əsərləri ilə bağlı müsabiqəyə təqdim olunmuş esselər haqqında məlumat verib. Sonra filialın Humanitar fənlər kafedrasının baş müəllimi İlahə Süleymanova Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında çıxış edib.
Daha sonra iştirakçıların – “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının 3-cü tədris ilinin tələbələrindən Arzu Qədirovanın ədibin “Solğun çiçəklər”, “Aydın ” və “Sevil ” əsərlərinin müqayisəli təhlili ” , Aysel Süleymanovanın “Nəsrəddin şah ”, Səbinə Talıbovanın “Ulduz və ya Trablis müharibəsi ” , “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının 2-ci tədris ilinin tələbəsi Dilbər Məmmədzadənin “1905-ci ildə”, Təhsildə sosial-psixoloji xidmət” ixtisasının 2-ci tədris ilinin tələbəsi Güllü Mustafayevanın “Sevil ”, “Məktəbəqədər təlim – tərbiyə” ixtisasının 1-ci tədris ilinin tələbələri Ziynət Elməddinzadənin “Solğun çiçəklər” və Aytac Qaffarovanın “Dilbər” əsərləri haqqında yazdıqları esselər dinlənilərək müzakirə olunub.
Münsiflər – pedoqoji fakultənin dekanı f.ü.f.d Xalidə Abdullayeva, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, baş müəllim İlahə Süleymanova, kitabxana müdiri Gülnaz İsmayılova, baş kitabxanaçı Səlamət Ədilova hər bir esse haqqında öz mülahizələrini söyləyərək iştirakçıların yazılarını müvafiq şəkildə qiymətləndiriblər.
Yekun rəyə əsasən iştirakçılardan Arzu Qədirova I, Səbinə Talıbova II, Ziynət Elməddinzadə III yerə layiq görülüblər. Qaliblər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.Digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunub.
Sonda baş kitabxanaçı Səlamət Ədilova çıxış edərək tədbirlə bağlı fikirlərini bölüşüb, iştirak edən müəllim və tələbələrə təşəkkürünü bildirib. 
“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub“Cəfər Cabbarlı həftəsi” adlı esse müsabiqəsinə yekun vurulub

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır. HERAKLİT

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp