Print 

Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ADPU-nun Şəki filialında tədbirlər davam edir. Dekabrın 10-da filialın Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “İntellektual Oyunlar Klubu”nun təşkilatçılığı ilə növbəti bir tədbir –“Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib. Yarışda Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərinə aid suallar səsləndirilib. Filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət komandalar arasında "Ekspekto Patronum" komandası birinci, "13" komandası ikinci, "Milen" komandası isə üçüncü yerə layiq görülüblər.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb.