Print 

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İİV-dən özünü qoru!” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi insanlar arasında infeksion xəstəliklər haqqında maarifləndirmə işi aparmaq və bu cür xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi vasitəsilə zərərin azaldılmasına qismən də olsa nail olmaqdır.
Tədbirdə təşkilatın təlimçisi Ədilə Cabbarzadə, layihə rəhbəri Füzuli Abıyev və ADPU-nun Şəki filialının tələbələri iştirak ediblər. Tədbirdə infeksion xəstəliklər, onların yoluxmasının qarşısının alınması haqqında əhatəli məlumat verilib, interaktiv formada davam edən tədbir canlı müzakirələrlə yadda qalıb.