Print 

QISA BİOQRAFİK MƏLUMAT

Gülnar Faiq qızı Kərimova 1985-ci ildə Şəki şəhərində anadan olub. 1992-2003-cü illərdə Şəki şəhəri Nizami Gəncəvi adına 7 saylı orta məktəbində, 2004-2008-ci illərə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şəki filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında bakalavr, 2008-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında magistr səviyyəsində təhsil alıb. 2008–2009–cu illərdə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında operator, 2009–2017–ci illərdə tütor vəzifəsində çalışıb. 2015–ci ildən AMİ və onun filialları  ADPU–ya qoşulduqdan sonra ADPU–nun Şəki filialında  2019-2022-ci illərdə Filologiya fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2018-2021 – ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnklüziv Təhsil” üzrə layihədə təlimçi kimi fəaliyyət göstərib. 2023-cü ildən İnsan resursları və ümumi şöbənin müdiri vəzifəsində fəaliyyət göstərir.Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının bakalavr,
2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının magistr səviyyəsini bitirib.

ƏMƏK FƏALİYYƏTİ

2008-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında operator,
2009-cu ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında tyutor,
2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dekan müavini,
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında İnsan resursları və ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Pedaqogika

TƏDRİS ETDİYİ FƏNLƏR

Sosial pedaqogika, Sosial işə giriş, Ailə pedaqogikası, Ailədə milli tərbiyə məsələləri.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”, June 24-26, 2022 Tbilisi, Georgia. “İnsan sosyalleşmesinde mikro faktörlerin rolü” adlı konfrans materialı (səh.826-832)
2. 2ND İnternational Congress of Azerbaijan's Architect Heydar Aliyev in the 99th Anniversary of his birth. Baku – Azerbaijan May 10, 2022.“Heydər Əliyev və Azərbaycanda Elm Təhsil Siyasətinin İnkişafi” adlı konfrans materialı (səh 28-31)
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti, Bakı 2022. İSSN 2221 – 8432. Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri (Ali məktəblər arası elmi məqalələr məcmuəsi) 1/2022. “Azərbaycan və Şərq xalqlarının nağıllarında tərbiyə anlayışının müqayisəli təhlili” adlı məqalə (səh. 166- 171)
4. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Elm və təhsil” Bakı 2010 Pedaqoji Tədqiqatlar №1 (25). “Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyəsində xalqımızın adət və ənənələri ilə tanışlığın rolu” adlı məqalə (səh. 119-123)
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Elm və təhsil” Bakı 2010 Pedaqoji Tədqiqatlar №1 (25) . “Təlim prosesində məktəblilərin milli – mənəvi dəyərlər əsasında tərbiyəsi” adlı məqalə (səh. 65 - 69)

SERTİFİKATLAR

1. “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair 3-cü modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi
2. “Xarici keyfiyyət təminatı”na dair 2-ci modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi
3. “Daxili keyfiyyət təminatı mexanizmləri”nə dair 1-ci modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi
4. 03.2023-22.04.2023- cü il “Əmək məcəlləsi və kadr kargüzarlığı” təlim. Business Development Center
5. 2023-cü il 07 fevral “Daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili” təlim. Təhsildə Keyfiyyət Təminatı Agentliyi
6. 2022 – ci il 25 noyabr “Ümumtəhsil müəssisələrində STEAM fənninin tədrisinin təkmilləşdirilməsi istiqaməti üzrə” təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə layihəsi
7. 2022-ci il 17 noyabr Şəki Gəncliyinin dostu – 2022 , Şəki Regional Debat Mərkəzi
8. 2022 – ci il 24-26 iyun, İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”, Moderator
9. 2022 – ci il 24-26 iyun, İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”
10. 2022-ci il 19 may, “Layihələrin maliyyələşmə imkanı” üzrə seminar. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Beynəlxalq layihələr və qrantlar şöbəsi
11. 2022-ci il 10 may, “Doğumunun 99 Yılında Azerbaycanın Mimarı Haydar Aliyev” Uluslararası Kongresi. Azərbaycan Kooperasiya Universiteti və İKSAD
12. 2022-ci il 5 may, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Region Müəllimlərinin Təhsil Zirvəsi”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və EYUDER Azərbaycan birgə layihəsi
13. 2022 – ci il 2 – 3 aprel, “III İnternational Autism ABA Azerbaijan” konfrans. Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birgə və Sağlam İctimai Birliyinin birgə layihəsi
14. 2022- ci il 28 – 31 mart, “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində inklüziv təhsil üzrə təlimçilərin təlimi. “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə layihəsi
15. 2022 – ci il 23 fevral, “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” üzrə seminar. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə layihəsi
16. 2021-ci il 16 noyabr, “Region Universitetlərinin Gənc Tədqiqatçıları üçün seminarların təşkili” üzrə seminar. Azərbaycan Gənclər Fondu və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə layihəsi
17. 2020-ci il 26 avqust – 06 sentyabr, “Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları” üzrə təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin birgə layihəsi
18. 2019-cu il 4 – 8 fevral Bakı. “İnklüziv Təhsil üzrə Təlimçilərin Təlimi” seminar. Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi, tərəfindən həyata keçirilən layihə
19. 2018 – ci il, 27 avqust – 01 sentyabr Bakı. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda seminar. Regional İnkişaf İctimai Birliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə layihəsi
20. 2015 – ci il, 22 – 27 may Şəki. “Təhsildə Fəlakət Riskinin Azaldılması ” təlimçilərin təlimi seminar. Azərbaycan Müəllimlər İnstitutu və UNİCEF – in birgə layihəsi
21. 2013 – cü il, iyul Şəki. “Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv Təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti çərçivəsində “İnklüziv Təhsil üzrə Ali təhsil müəssisələr üçün hazırlanmış kurs” təlim. Seminar. Azərbaycan Müəllimlər İnstitutu və Norveç Humanitar Müəssisəsinin birgə layihəsi
22. 2009–cu il, fevral. İKT –nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatının birgə layihəsi
23. 2008–ci il , iyul. “Təcrübəçi tələbənin tribunası” metodiki tövsiyyə
24. 2006–cı il, Şəki. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı “Kompyuter hazırlıq kursu”