Print 

QISA BİOQRAFİK MƏLUMAT

Gülnarə Bəhram qızı Qarayeva (Cəbrayılova) 1986-cı il iyulun 17-də Şəki rayonunun Oxud kəndində anadan olub. 2003-cü ildə N.Hümmətov adına Oxud kənd orta məktəbini bitirmiş, elə həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecmentlik fakültəsinin Tətbiqi riyaziyyat ixtisasına daxil olmuşdur. 2007-ci ildə bakalavr təhsilini başa vurmuş və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecmentlik fakültəsinin Kompüter riyaziyyatı ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2009-cu ildə bitirmişdir.
2010-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2011-ci ildən bu günə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun dissertantıdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2003-2007-ci illər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakalavr, Tətbiqi riyaziyyat
2007-2009-cu illər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Magistr, Kompüter riyaziyyatı (Fərqlənmə ilə)
2016-cı ildən AMEA, İnformasiya Texnologiyaları İnstitutu, Dissertant

ƏMƏK FƏALİYYƏTİ

2010-cu ildən AMİ-nin Şəki filialında laborant
2011-ci ildən AMİ-nin Şəki filialında (hal-hazırda ADPU-nun Şəki filialı) baş müəllim
2019-cu ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir

TƏDQİQAT SAHƏSİ

Botnetlər və onların aşkarlanması

TƏDRİS ETDİYİ FƏNLƏR

Kompüterin aparat və proqram təminatı, İnformatikanın tədrisi metodikası, Alqoritmlər nəzəriyyəsi, Riyazi proqram paketləri

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. Tədris prosesində interaktiv texnologiyalardan istifadə zamanı ActivInspire proqramının imkanları. Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı, 2015 №2. Səh. 51-55.
2. Delphi-də bazaya məxsus cədvəllər arasında əlaqənin yaradılması. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı, 2016 №2. Səh.42-46.
3. Botnetlər aşkarlanması üsullarının icmalı. “Big data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransı. Bakı, 25 fevral 2016-cı il. Səh. 132-136.
4. Delphi ilə MS Access verilənlər bazasının əlaqələndirilməsi. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı, 2016, №3. Səh. 58-63.
5. Botnetlər və onların aşkarlanması üsulları. “İnformasiya texnologiyaları problemləri” jurnalı. Bakı, 2017, №1. Səh. 100-111.
6. Botnetlərlə mübarizədə milli və beynəlxalq yanaşmaların analizi. “İnformasiya texnologiyaları problemləri” jurnalı. Bakı, 2018, №1. Səh. 36-45.
7. Botnet trafikinin aşkarlanmasının bir üsulu haqqında. “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı. 14 dekabr 2018-ci il. Səh.
204-208.
8. Riyaziyyat dərslərinin MS Excel proqramının köməyilə tədrisi. “Pedaqoji Universitetin xəbərləri” jurnalı. 2018, C.66, №4. Səh. 25-35.
9. Təhsillə bağlı “innovasiya” anlayışının “sistem-struktur” rakursda şərhi və onun tətbiqi istiqamətləri. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı – 2019.
10.Təhsilin “sistem”, “proses”, “nəticə” və “dəyər” anlayışları əsasında xüsusiyyətlərinin açılması. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı-2021 №1. Səh. 207-212.
11.İnklüziv təhsilin metodologiyasının interpretasiyası. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı-2021 №2. Səh. 202-206.
12. Təlimdə şagird imkanlarının hərəkət layihələri. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı-2021 №3. Səh. 24-39.
13. Şagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər. ARTİ-nin Elmi əsərləri.Bakı-2022. Cild 89, №2. Səh. 16-22.
14. Şagirdlərin təlim prosesində fəaliyyətinin funksional strukturunun mərhələləri. ІV Международной научно-практической конференции «НАУКА и ТЕХНОЛОГИИ» 15-16 May, 2022 Алматы. Səh. 63-69.
15. Algorithmic basis of learning the act of subtraction. Международный научно-практический журнал Endless Light in science. Алматы 2022. Səh. 166-172.
16. Tədris tapşırıqları və onlarin metodik sistemdə yeri. Fizika, riyaziyyat və informatika tədrisi. Elmi-nəzəri və metodiki məcmuə. 1 (233) 2022, Bakı. Səh.18-29.
17. General pedagogical and specific invariants of the learning process in accordance with the modern educational space. Annali d’Italia, Via Carlo Pisacane, 10, Florence, №30 2022 VOL. 2
ISSN 3572-2436. Italy 2022. Səh. 26-31.
18. Cognitive activity model of the learning status component in the learning process. «The scientific heritage»Editorial board address:, No 89 (89) (2022) ISSN 9215 — 0365. DOI: 10.5281/zenodo.6575808. Budapest (Hungary)-2022. Səh. 66-70.
19. Şagirdin təlim fəaliyyətinin altsistemləri arasında münasibətlər. Elmi əsərlər (ARTİ) Cild 89, №2. Bakı 2022. Səh. 16-22.
20. General pedagogical and specific invariants of the learning process in accordance with the modern educational space. Annali d’Italia, Via Carlo Pisacane, 10. Florence, Italy, 2022.
21. Cognitive activity model of the learning status component in the learning process. The scientific heritage. Budapest(Hungary).
22. Interpretation of the characteristics of the elements of the “assessment of student achievements” block of the informatics subject curriculum applied in general education schools of azerbaijan based on the “system- structure” approach. The scientific heritage No 106 (2023). Budapest, Hungary, 2023. Səh.20-31.
23. Interpretation of the “content block” of the informatics subject curriculum at the general education level based on the “system-structure” approach. Международный научнорактический журнал Endless Light in science. 20 января 2023. Алматы, Казахстан. Səh. 44-55.
24. Points to be expected in the methodical system of teaching the materials of mathematics subject "statistics and probability" in 8th grades. Questions. Hypotheses. Answers: Science XXI century Proceedings of the international scientific And practical conference 06-07 june 2023. Səh. 28-40.

PROQRAMLAR

1.İnformatika və təhsildə İKT. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2018-ci il tarixli F-535 № -li əmrinə əsasən çap edilib. Bakı, 2018. 1,5 ç.v.
2. Seçmə fənn “Kompüter şəbəkələri, internet və multimedia vasitələri. Bakı – 2018.