Print 

QISA BİOQRAFİK MƏLUMAT

Rəhimova Yeganə Abdulla qızı 5 iyun 1961–ci ildə Şəki şəhərində anadan olub. 1968-1978–ci illərdə Şəki şəhər 8 saylı orta məktəbdə oxuyub. 1981-1982-ci illərdə ADU-nun hazırlıq şöbəsi, 1982-1987–ci illərdə ADU-nun şərqşünaslıq fakültəsini bitirib. Ailəlidir, bir övladı var.
1982-1987–ci illərdə tələbə, 2000-ci ildən AMİ-nin Şəki filialında baş müəllimdir.

ƏMƏK FƏALİYYƏTİ

1982-1987 –ci illərdə tələbə, 2000-ci ildən AMİ-nin Şəki filialında baş müəllim;
1987-1993-cü illər Şəki rayonunun Böyük Dəhnə kənd orta məktəbində müəllim;
1993-2000-ci illər BDU-nun Şəki filialında laborant, müəllim, baş müəllim;
2000-2008-ci illərdə AMİ-nin Şəki filialının “Dillər” kafedrasında baş müəllim;
2008-2016 -cı illər AMİ-nin Tədris şöbəsinin müdiri;
2017-ci ilin fevral ayından ADPU-nun Şəki filialında “Tələbə və tədrisin idarə olunması” şöbəsinin müdiri, “Dillər” kafedrasının baş müəllimi;
2021-ci ildə filialda olan struktur dəyişikliyi ilə bağlı “Tədrisin idarə olunması” şöbəsinin müdiri.

TƏDRİS ETDİYİ FƏNLƏR

S.f. Türk dillərinin müqayisəsi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, s.f. Türk dillərinin müqayisəli qrammatikası.

NƏŞR OLUNMUŞ MƏQALƏLƏR

1. Şəki dialektinin bəzi fonetik xüsusiyyətləri. Dil və ədəbiyyat, 2020, 28.(3), səh.63.
2. Şəki dialektində qədim türk sözləri. Dil və ədəbiyyat, 2020, 28.(3), səh.39.
3. Qədim türk yazılı abidələrində dialektizmlərin işlənməsi məsələləri. Lənkaran Dövlət Universiteti, Elmi xəbərlər, Humanitar Elmlər, 2018, səh.10-14.
4. Şəkinin Baş Layıski və Baş Göynük kəndlərində ləqəblər və onların leksik-semantik xüsusiyyətləri. Filologiya məsələləri, №2, səh.155-160.

PROQRAM

1.”Türk dillərinin müqayisəsi” fənni üzrə proqram. Proqram. ADPU, 2022, səh.1-13.