HÜMBƏTOVA ŞƏRQİYYƏ NÜSRƏT QIZI

Çap

06.12.17 09:58 ərzində olan dəyişikliklər Yazan Manager 24.11.17 15:13

Filologiya üzrə fəlsəfə doktoru, dosent

QISA BİOQRAFİK MƏLUMAT
1955-ci ildə Ermənistan Respublikası, Sisian rayonunun Bazarçay kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə Azərbaycan Respublikası, Yevlax şəhər 4 saylı orta məktəbində ümumi orta təhsil almışdır. 1979-cu ildə ADU-nin (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini bitirmişdir. 1998-2003-cü illərdə Lənkəran Dövlət Universitetinin dissertantı olmuş, 2003-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda namizədlik dissertasiyası müdafiə etmiş, 2004-cü ildə filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetinin müəllimi, 2004-2005-ci tədris ilindən AMİ-nin Şəki Filialının Dillər kafedrasının baş müəllimi, 2014-cü ildən isə dosentidir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1979-cu ildə ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini bitirmişdir.
2003-cü ildə namizədlik dissertasiyası müdafiə edərək f.e.n.(f.ü.f.d) alimlik dərəcəsi almışdır.
2014-cü ildə dosent elmi adı almışdır.1994-cü ildən Lənkəran Dövlət Universitetinin müəllimi, 2004-2005-ci tədris ilindən AMİ-nin Şəki Filialının Dillər kafedrasının baş müəllimi, 2014-cü ildən isə dosentidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1980-1993-cü illərdə Lənkəran şəhər 1 saylı orta məktəbində müəllim,
1994-2004-cü illərdə Lənkəran Dövlət Universitetində müəllim,
2004-2005-ci tədris ilindən AMİ-nin Şəki Filialının Dillər kafedrasında baş müəllim, 2014-cü ildən dosent.
2006-2013-cü illərdə AMİ-nin Şəki Filialında baş müəllim, eyni zamanda, ictimai əsaslarla elmi katib,
Hal-hazırda ADPU- nun Şəki Filialının Dillər kafedrasında dosent vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ
Fars və Azərbaycan dilçiliyi məsələləri

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Müasir fars dilində feildən düzələn isimlər. Bakı, “Nurlan”, 2009; 144 səhifə
2. Əski Azərbaycan əlifbasının tədrisi metodikası. (Metodik vəsait) Bakı, “Nurlan”, 2011; 112 səhifə
3. Müasir Azərbaycan dili. I hissə. (Dərs vəsaiti). Bakı, “Elm və təhsil” 2013; 348 səhifə
4. Müasir Azərbaycan dili. Proqram. Bakı, “Müəllim” 2014; 16 səhifə
5. “Kitabi – Dədə Qorqud”un dili. Proqram. Bakı, “Müəllim”, 2014; 20 səhifə.
6. Hal-hazırda “Əski Azərbaycan yazısı” fənni üzrə hazırlanmış proqram çapa tövsiyə edilməsi üçün Təhsil nazirliyinə təqdim edilmişdir.