Print 

https://disk.yandex.com/i/4WOooxSuB8lXPQ -Tələbələrin qeydiyyatı və tələbə sənədləri 2023-2024

https://disk.yandex.com/i/_xO5Lo3LwmDlJg -TTK

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

2023/2024-cü tədris ili üçün tələbə adını qazanmış

şəxslərin onlayn qeydiyyatı  haqqında

MƏLUMAT

 Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 2023-cü il 5 sentyabr 11:00 dan  14 sentyabr saat 18:00-dək platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri, oğlanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bileti, subbakalavrlar uyğun diplomu da  digər sənədlərlə birlikdə portal.edu.az portalında yükləməli və müvafiq bəndləri seçməlidirlər. Portal.edu.az tələbə qeydiyyat portalında "Müraciətin irəliləyişi" bölməsində "Qəbul edildi - Təsdiq" bölməsi yaşıl rəngə çevrilərsə, sənədləriniz qəbul olunmuş sayılır.

Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeydiyyat  onlayn formada aparılır. Onlayn qeydiyyatdan keçdikdən sonra tələbə adini qazanmış şəxslər aşağıda göstərilən sənədləri 5-14 sentyabr tarixlərində ADPU-nun Şəki  filialının Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər:

  1. Tələbə anketi (əlyazma ilə doldurulmuş qaydada); (Bax əlavə 1)
  2. Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhə­lə­si­ni bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2021-2022-ci tədris ilinin məzunları üçün hə­min təhsil müəssisəsini  bitirmələri  haqqında arayış və ya diplom);
  3. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi) - 6 ədəd
  4. Şəxsiyyət vəsiqəsinin surəti - 6 ədəd
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün);
  6. Tibbi arayış (Forma - 086) (şəkilli);
  7. İllik təhsil haqqı bütöv şəkildə ödənməlidir. Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı Əlavə 2-yə  baxın.
  8. Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).
  9. Doğum şəhadətnaməsinin 1 ədəd surəti
  10. Təhsil Nazirliyinin portal.edu.az portalında bütün tələbə adını qazananlar qeydiyyatdan keçməlidir.

Qeyd.

1.Təhsil haqqını ödəməkdə çətinlik çəkən şəxslər Tələbə Təhsil Krediti Fonduna (TTKF) müraciət edə bilərlər. TTKF-yə müraciət zamanı çətinlik çəkənlərə ADPU-nun Şəki filialının Sənəd Qəbulu Komissiyasında lazımi dəstək göstəriləcəkdir.

          

Təhsil haqqı ödənilməsi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının  bank  rekvizitləri:

Azərbaycan  Dövlət Pedaqoji Universitetinin Şəki  Filialı

 Ünvan: Şəki ş. M.Ə.Rəsulzadə pr. 305

 Bank rekvizitləri:

 Kapital Bank ASC-nin Şəki filialı

 Hesab: AZ78AIIB33070019447007212170

 VÖEN: 3000192381

 KOD: 200703

 Müxbir hesab: AZ37NABZ01350100000000001944

 VÖEN: 9900003611

 SW KOD: AIIBAZ2X

Əlavə 1.

Şəkil
3x4

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
Tələbə Anketi

Adı, soyadı, ata adı____________________________________________________________________

Şəxsiyyət vəsiqəsinin fin kodu___________________________________________________________

Vətəndaşlığı_________________________________________________________________________

Cinsi__________________ Doğum tarixi_______________ Ailə vəziyyəti____________________

Sosial vəziyyəti___________________________________( 1 valideynini itirmiş /2 valideynini itirmiş)

Sosial status____________________________________________________(Vətəndaş/qaçqın/köçkün)

Hərbi mükəlləfiyyəti___________________________________(Hərbi mükəlləfiyyətli/Mükəlləfiyyətsiz)

Milliyyəti___________________________________________________________________________

Sağlamlıq məhdudiyyəti_________________________________________(1-ci qrup əlil/2-ci qrup əlil)

Əlaqə məlumatı

Ev telefonu__________________________________________________________________________

Mobil telefonu _______________________________________________________________________

E-mail______________________________________________________________________________

Ünvan məlumatları

Doğulduğu yer __________________________________________________( Ölkə/şəhər/kənd/qəsəbə)

Qeydiyyat ünvanı_____________________________________________________________________________

________________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)

Faktiki yaşayış ünvanı_________________________________________________________________ __________________________________________________ (Ölkə/şəhər/kənd/qəsəbə/küçə/ev/mənzil)

 

Ailə üzvləri

Ata adı, soyadı, əlaqə nömrəsi __________________________________________________________

Ana adı, soyadı, əlaqə nömrəsi__________________________________________________________

Sənəd məlumatları

Şəxsiyyət vəsiqəsinin seriyası_____________ Nömrəsi____________________________________

Verilmə tarixi_____________________________Bitmə tarixi_________________________________

Sağlamlıq haqqında arayışın seriyası________ Nömrəsi____________________________________

Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________

Hərbi mükəlləfiyyət haqqında arayışın seriyası________ Nömrəsi __________________________

Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________

Qəbul forması ______________________________________________________________________

(Müsabiqə/Müsabiqədən kənar/Fərdi müqavilə/və s.)

Qeydiyyat tarixi________________________ Qəbul balı __________________________________

Təhsilalma forması_____________ (əyam/qiyabi) Təhsil haqqı_____________ (Dövlət/ödənişlı)

İxtisas _____________________________________________________________________________

Keçmiş təhsil məlumatları

Məktəbin ünvanı________________________________________________(Ölkə/şəhər/kənd/qəsəbə)

Məktəbin adı ________________________________________________________________________

Başlama tarixi_____________ Bitirmə tarixi_______________________________________________

Təhsil aldığı dil ______________________________________________________________________

Attestat məlumatları

Attestatın seiyası___________________________Nömrəsi___________________________________

Verilmə tarixi_________________________ Bitmə tarixi_________________________________

(Kollec və s.)

Təhsil müəssisəsinin ünvanı_________________________________ ( ölkə/şəhər/kənd/qəsəbə)

Təhsil müəssisəsinin adı_______________________________________________________________

Başlama tarixi____________________________Bitirmə tarixi________________________________

Təhsil aldığı dil_____________________________________________________________________

Məlumatın dolğunluğunu öz imzamla təsdiq edirəm________________________________________

 

 

Əlavə 2.

 

 2023/2024-cü TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA QƏBUL OLMUŞ, TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN  NƏZƏRİNƏ! 

TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI 

AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:

 

  1. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azər­bay­can Respublikası Prezidentinin 4 avqust  2003-cü il tarixli 1308 nömrəli Sərən­camı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respub­li­ka­sı Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

Tələb olunan sənədlər:

  1. Direktorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;

    3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) nota­ri­al qaydada təsdiq olunmuş surəti.

  1. Ailə tərkibi haqqında arayış (Tələbənin adına)

------------------------------------------------------------------------------------------------------------

 

II.”ŞƏHİD” AİLƏSİ STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD,”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu 3 sentyabr 1993-cü il ¹  697. 

Tələb olunan sənədlər: 

  1. Direktorun adına ərizə; 
  2. Şəxsiyyət vəsiqəsi;
  3. “Şəhid” statusu barədə sənəd;
  4. Tələbənin doğum haqqında şəhadətnaməsi;
  5. Şəhidin ölüm haqqında şəhadətnaməsi.
  6. Ailə tərkibi haqqında arayış (Tələbənin adına) 

 

---------------------------------------------------------------------------------------------------------------------

III. “AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏ­QİL­Lİ­YİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OL­MUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ, HƏMÇİNİN AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA DÖYÜŞ ƏMƏLİYYATLARINDA “MÜHARİBƏ VETERANI” ADI ALMIŞ ŞƏXSLƏRİN  TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI

Tələb olunan sənədlər:

  1. Direktorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitu­si­ya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır ) sənədin surəti;
  4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun­da həlak olan şəxsin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olun­muş surəti;
  5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında “Müharibə Veteranı” adı almış şəxslərin müharibə veteranı vəsiqəsinin notaiat şəkildə təsdiq edilmiş surəti.
  6. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi­lən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.
  7. Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)

 

  1. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ  23 YAŞADƏK UŞAQLAR.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

məlum olmayan;

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə və bir illik 50 (əlli) manat təhsil xərci ilə təmin olunurlar.

Tələb olunan sənədlər:

  1. Direktorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;
  4. Bir valideyni vəfat etmiş digər valideynin I və II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır )
  5. Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)

 

  1. I VƏ II QRUP ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKAN­LA­RI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİL­MƏ­Sİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİSƏRƏNCAMI

(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura (əsas baza ali tibb təhsili və rezdentura) təhsil səviyyələrində və orta ixti­sas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əliliyi olan şəxs­lə­rin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təh­sil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesa­bı­na ödənilsin.

Tələb olunan sənədlər:

  1. Direktorun adına ərizə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK-in arayışı - forma 88-in nömrəsi mütləq olmalıdır.)
  4. Ailə tərkibi haqqında arayış. (Tələbənin adına)

 

ADPU-nun Şəki filialının  Sənəd  Qəbulu Komissiyası

01.09.2023

Qeydiyyat sənədləri ilə yuxarıdakı linkdən tanış ola bilərsiniz