Print 

Şəki şəhərində - Heydər Əliyev Mərkəzində, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Xalqın etimadını doğruldan Prezident” adlı tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhər ziyalıları, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Səki filialının professor-müəllim heyəti iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verib və həmin siyasi kursun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələnin başlandığını bildirən Elxan Usubov Prezident İlham Əliyevin yürütdüyü siyasətin müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini, ötən müddət ərzində böyük infrastruktur layihələrinin həyata keçirildiyini, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf proseslərinin sürətləndiyini, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdığını vurğulayıb.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədar olduğunu vurğulayıb. Natiq bildirib ki, 2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci ildə keçirilmiş III Qurultayında partiyanın sədri seçilməsi ilə həm ölkəmizin həyatında, həm də partiyanın inkişafında yeni bir tarixi dövr başlanıb, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verib.
Sonra tədbir iştirakçıları Bakı Media Mərkəzinin istehsal etdiyi “İlham” sənədli filminə tamaşa ediblər.