Print 

Oktyabrın 17-də ADPU-nun Səki filialının buraxılış kurslarının tələbələrinin magistratura təhsili ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, universitetin Təhsil fakültəsinin müəllimi Abbas Abbasov, ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, filialın muəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Xuraman Həmidova açaraq tədbirin məqsədi barədə məlumat verib. Tədbirdə tələbələrə ADA Universitetində magistratura səviyyəsi üzrə müxtəlif istiqamətlərdə proqramlardan, ötən ildən etibarən bəzi proqramlarda tədrisin ingilis dili ilə yanaşı, Azərbaycan dilində də təşkilindən söz açılıb. Magistratura səviyyəsinin bakalavriaturada təhsili bitirdikdən sonra gənclərin gələcək təhsilində yeri və əhəmiyyəti, ADA Univertsitetindəki imkanları, xüsusilə də kadr potensialı, xarici mübadilə proqramı vasitəsilə təhsil, karyera imkanları və magistratura proqramları barədə ətraflı məlumat verilib. Əməkdaşlar tərəfindən ADA Universitetində mövcud olan ixtisaslar, onlara qəbul qaydaları, ixtisasların formatı və təqaüd imkanları vurğulanıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.