Print 

"Mücrü” nəşriyyatının təşkil etdiyi Gənclər arasında keçirilən I Ümumrespublika hekayə müsabiqəsinə yekun vurulub.
Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak ediblər. Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumata görə, Münsiflər Heyəti müsabiqəyə buraxılmış 214 hekayə arasından seçim edib. Qeyd edək ki, mövzu məhdudiyyəti olmayan müsabiqəyə əsərlər Azərbaycan və rus dillərindən qəbul edilib və qiymətləndirmə mümkün 15 bal üzərindən olmaqla nəzərə alınıb. Müsabiqə iştirakçılarından ən yüksək bal toplamış 22 nəfərin təqdim etdiyi hekayə nəşriyyat tərəfindən kitab halında işıq üzü görüb. Həmin iştirakçıların arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasının IV tədris ilinin tələbəsi Məhərrəmli Məhəmmədəlinin "Məktub" və eyni ixtisasın III tədris ilinin tələbəsi Vəzifə Rəsulovanın "Ana ürəyi" hekayələri də yer alıb. Hər iki tələbə eyni zamanda uğurlu iştiraka görə diplomla təltif olunub.