Print 

Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə “Art terapiya günü” adlı elmi seminar təşkil olunub. “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi Gülər Hacızadə və II tədris ili tələbəsi Günel Sadıqovanın birgə təşkil etdiyi seminarda art terapiyada “Ev rəsmi” metodikasından bəhs edilib. Təlimçi tələbələr əvvəlcə art terapiyanın tarixi, növləri haqqında məlumat veriblər. Sonra iştirak edən tələbələr ev rəsmi çəkiblər. Rəsm təlimçilər tərəfindən izah edilərək, analiz olunub. Sonda GPB rəhbəri Ramazanova Kəmalə tələbələrə öyrədici seminar təşkil etdiklərinə görə öz təşəkkürünü bildirib.