Print 

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Qadın əməyinin təşviqi” mövzusunda marifləndirmə tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxsləri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xidməti ərazisinə aid Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının əsas işəgötürənləri, digər dövlət orqanlarının, ictimai birliklərin, Həmkarlar İttifaqının nümayəndələri və ADPU-nun Səki filialinın kollektivi iştirak ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Əmək siyasəti şöbəsinin sektor müdiri Rəşad Əhmədov, həmin şöbənin əməkdaşı Orxan Nadirov, Şəki-Zaqatala regional Məşğulluq filialının sektor müdiri İlham Mikayılov, 12 nömrəli Yol İstismar MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhməd Əhmədov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkələrdən biridir. Son illər əmək münasibətləri sahəsində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas pirinsiplərdən birinə cevirilib. Ulu Öndərimiz Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün işçi hüquqlarının etibarlı müdafiəsi ilə yanaşı, işəgötürənlərlə sosial dialoq müstəvisində onlara zəruri metodiki dəstəyi təmin edən bir qurumdur. Qabaqcıl dünya təcrübələrindən irəli gələn risk əsaslı yanaşma modellərinin, ünvanlı, ədalətli və şəffaf nəzarət mexanizimlərinin tətbiqi, layiqli əməyin təminatına, əmək bazarının davamlı inkişafına töhfə vermək qurumun fəaliyyətinin əsas priotitetidir. Çıxış edən natiqlər ölkəmizdə qadınların əmək hüququ məsələsinə toxunaraq bildiriblər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə qadınların əmək hüququnun həyata keçirilməsində təminatları sistemi müəyyən olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55-ci, 66-cı, 78-ci, 79-cu, 91-ci, 98-ci maddələri bu və ya digər formada 117-ci maddəsi, 19-cu(125-127-ci maddələr) və 37 –ci fəsilləri (240-246- cı maddələr) isə, bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib. Bu normalar analığın mühafizəsi, reproduktiv sağlamlığın qorunması, cinsi funksiya, həmçinin valideyinlik vəzifələrinin həyata keçirilməsi üçün qadın orqaniziminin fizioloji xususiyyətlərinin istehsal zərərlərindən müdafiəsi üçün lazım olan əmək güzəştlərini nəzərdə tutur. AR Konstitusiyasının 34-cü maddəsinə görə analıq mühafizə edilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.