Print 

Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Müharibədə informasiyanın gücü” adlı təntənəli bayram tədbiri keçirilib. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyevanın təşkilatçılığı və müxtəlif ixtisaslarda təhsil alan tələbələrin fəallığı ilə keçirilən tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim, işçi heyəti və tələbələri iştirak ediblər. Filialın oğlan tələbələrinin paradı ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Tədbirdə ADPU-nun Şəki filialının direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov çıxış edərək, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsinə cevrilib və bu müharibədə qazanılmış qələbə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, möhkəm siyasi iradəsi, qətiyyəti, ordumuzun qəhrəmanlığı, şücaəti, igid, qorxmaz əsgərlərimizin canı, qanı bahasına və xalqımızın birliyi sayəsində qazanılıb. Dos. Rafiq Rasulov qələbədən sonrakı illər ərzində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən böyuk quruculuq işlərindən və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində aparılan işlərin uğurla tamamlanmasından bəhs edib. Tədbirdə filialın Təbiət fənləri və onlarin tədrisi texnologiyası kafedrasınin müdiri ped.ü.e.d., professor Firədun İbrahimov, kafedranın baş müəllimi Günel Əliyeva, Keyfiyyət təminatı şobəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva, Səki Vətən müharibəsi iştirakçılari və şəhid ailələri ilə iş şöbəsinin müdiri Tural Məmmədov, Vətən muharibəsi qaziləri çıxış edərək, Zəfər Gününün bütün xalqımız ücün ən əziz bayram olduğunu və bu qələbə sevincini yaşatdıqları ücün dövlət başçısı cənab İlham Əliyevə, səhidlərimizə, qazilərə, Azərbaycan ordusuna borclu olduqlarını bildiriblər.
Tədbirin rəsmi hissəsi başa catdıqdan sonra müharibədə informasiyanın gücünə həsr olunmuş videoçarx nümayiş olunub. Videoçarxda müharibə zamanı möhtərəm prezidentimiz İlham Əliyevin xarici jurnalistlərə verdiyi cavablar, ordumuzun gücü və erməni vəhşilikləri, onların dünyaya uydurduqları yalanlar haqqında çıxışlar, müharibə zamanı informasiya savaşında qazandığımız uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra tədbir Zəfər Gününə həsr edilmiş bədii proqramla davam edib. Tələbələrin ifasında səsləndirilmiş vətənpərvərlik mahnıları, şeirlər və rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.