Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Filologiya fakültəsinin «Azərbaycan dili və ədəbiyyatı müəllimliyi» ixtisasının III tədris ili tələbələri filialın Humanitar fənlər kafedrasının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, şair, tərcüməçi Vaqif Aslanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının istedadlı oğlu, Xalq şairi Bəxtiyar Vahabzadənin Şəkidəki ev muzeyində ekskursiyada olublar. Tələbələr muzeydə böyük şairiin həyat və yaradıcılıq yolunu əks etdirən eksponatlarla tanış olublar, eyni zamanda onun yaradıcılığından müxtəlif poetik nümunələr səsləndiriblər. Baş müəllim Vaqif Aslan Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrindən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb. Sonra xatirə şəkilləri çəkilib.