Print 

ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Mehriban Nurməmməd qızı Kərimovanın 17 noyabr 2023-cü il tarixində Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclasında (qismən əyani, eyni zamanda distant şəkildə) “Cırlaşan elliptik-parabolik tənliklərin həllərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilib.
Əməkdaşımızı səmimi qəlbdən təbrik edir, ona elmi fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq!