Print 

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə noyabrın 22-26-da Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan “Gənc Fest” festivalı keçirilib. ADPU-nun Şəki filialının 3 tələbəsi – Sosial iş ixtisasının 2-cikurs tələbəsi Quliyev Elvin İntiqam oğlu, Tarix və coğrafiya müəllimliyi ixtisası 4-cü kurs tələbəsi Musayeva Rumeysə Mübariz qızı, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Səmədova Sitarə Vüqar qızı festivalda iştirak edib.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edən tədbiə 16 yaşdan 29 yaşadək gənclər qatılıb.Festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunub, iştirakçılar müxtəlif təlimlərə qatılaraq sertifikatlar qazanıb.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadıb.
https://www.instagram.com/p/Cz-o25TN-w1/?img_index=1