Print 

7 dekabrda filialda Keyfiyyət komissiyasının növbəti iclası keçirilib. İclasda baş tutacaq İbtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası ilə bağlı Təşkilat komitəsinin tərkibi müəyyənləşdirilib. Tərkibdə tələbə və maraqlı tərəflərin iştirakı da təmin olunub. Bundan əlavə, ibtidai sinif müəllimliyi ixtisasında tədris olunan fənlərin fənn proqramları və sillabuslarının vəziyyəti müzakirə olunub. Təşkilat komitəsinin sədri təyin olunan Pedaqoji fakültənin dekani fil.ü.f.d. Xalidə Abdullayeva fənn proqramları və onların son tədris planlarına uyğunluğu, sillabusların fənn proqramlarına əsasən yazılması barədə məlumat verib. Kafedra müdirlərinə çatışmayan və müvafiq tədris planına uyğun olmayan fənn proqramlarının yenilərlə əvəz olunması tapşırılıb. İbtidai sinif müəllimliyi ixtisasınada tədris olunan fənlərin əksəriyyəti Ümumelmi fənlər kafedrasının müəllimləri tərəfindən tədris olunduğuna görə kafedra müdiri son həftədə həmin müəllimlərin dərslərində iştirak etdiyini bildirib və onların müsbət və çatışmayan cəhətləri haqda məlumat verib. Eyni zamanda iclasda proqram akkreditasiyası ilə bağlı formaların doldurulması vəziyyəti də müzakirə olunub.