Print 

"NEW LIFE MASTERS"-in "Kouçluq və pozitiv psixologiya" təlim proqramları çərçivəsində klinik psixoloq Aytən İdrisli filialımızın qonağı olub. O, "Məqsədlər və özgüvənin formalaşması" mövzusunda seminar keçirib. Görüşdə filialın əksəriyyəti Təhsildə sosial psixoloji xidmət ixtisasının tələbələri olmaqla 60-dan çox tələbəsi iştirak edib. Seminarda tələbələrə müzakirə üçün suallar yönləndirilib. Cəmiyyətin bir fərdi olaraq onlarda özgüvənin formalaşmasında ailənin, yaxın çevrənin və cəmiyyətin rolundan danışılıb, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hansı addımların atılması müzakirə olunub. Seminarın sonunda Aytən xanım tələbələrin suallarını cavablandırıb.