Print 

Qısa bioqrafik məlumat
Baxşı Rəhimli 10.02.2000–ci il tarixində anadan olub. 2005-2016-cı illərdə Şəki şəhəri, Nizami Gəncəvi adına 7N tam orta məktəbdə təhsil almışdır. 2016-2020-ci illərdə 637 balla qəbul olduğu ADPU-nun Şəki filialında Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə təhsil almış və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin magistraturasının Filologiya fakültəsinin Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) ixtisasına qəbul olmuş, 2022-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2023-cü ildən ADPU-nun Şəki filialında müəllim vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, 1 övladı var. 2020-ci ildən YAP-ın üzvüdür.

Təhsili, elmi dərəcə və elmi adları
2016-2020-ci illərdə ADPU-nun Şəki filialında Xarici dil (ingilis) dili müəllimliyi ixtisasında bakalavr pilləsi, 2020-2022-ci illərdə Azərbaycan Dillər Universitetində Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) ixtisasında magistr pilləsi üzrə təhsil almışdır.

Əmək fəaliyyəti
2023-cü ildən ADPU-nun Şəki filialında müəllim vəzifəsinə təyin olunub.

Tədqiqat sahəsi
İngilis dili

Tədris etdiyi fənlər
Xarici dildə işgüzar və akademik kommunikasiya-1
Xarici dildə işgüzar və akademik kommunikasiya-2
Müasir ingilis dili
Ölkəşünaslıq