Print 

Dekabr 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki konfransı keçirilib. Konfransda filialın rəhbərliyi, tələbələri, Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açıb. Sonra təşkilatın 2022-2023-cü tədris ilindəki fəaliyyətinə dair TGT-nin sədri Aysun Kərimlinin hesabat məruzəsi dinlənilib, fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.
Konfransda “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Nigar Məmmədli, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Xədicə Şərifli, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Cəmilə Babayeva TGT-nin onların həyatında oynadığı roldan bəhs edib, tələbələrdə kollektivçilik, ictimai fəallıq, elmə maraq, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması istiqamətində mühüm əhəmiyyətini vurğulayıbar.
Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova çıxış edərək, təşkilatın bir illik fəaliyyəti haqqında öz fikirlərini söyləyərək, hesabatı məqbul qiymətləndirib. Təşkilatın illik fəaliyyəti müzakirə olunaraq, ümumilikdə qənaətbəxş qiymətləndirilib.
Sonra TGT-nin İdarəetmə Şurasının tərkibinə yenidən baxılıb, 25 nəfərdən ibarət yeni heyət seçilib.
Konfransın sonunda filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, təşkilatın fəaliyyətinin daha da yaxşılaşdırılması üçün öz tövsiyə və təkliflərini verib.