Print 

Dekabr 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə debat yarışı keçirilib. ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Debat klubunun və Şəki Regional Debat Mərkəzinin (SRDM) birgə təşkilatçılığı ilə keçirilən yarışa filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr qatılıblar. Tədbiri ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, iştirakçılara uğurlar arzulayıb. Filialın TGT-nin nəzdində fəaliyyət göstərən Debat klubunun sədri Nigar Məmmədli və ŞRDM-in sədri Aysel Sadıqlı çıxış edərək, debat yarışının mahiyyəti və mövzusu haqqında məlumat veriblər. Sonra tələbələr debatda yarışıblar.
Debat yarışının sonunda “Ən yaxşı spiker” nominasiyasına layiq olan debatçılar - Müsəllif Bəşirov, Rəqsanə İsayeva, Nihat Əmiraslanov və komandaların məşqçiləri sertifikat və medallarla təltif olunublar.