Print 

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dekabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyinin təşkilatçılığı ilə filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr arasında masaüstü tennis yarışı keçirilib. 14 iştirakçı arasında aparılan yarışın nəticələrinə əsasən, Tural Alxaslı birinci, Şirin Əzizov ikinci, Əlican İsmayılov isə üçüncü yerə layiq görülüblər. Qaliblər l, ll, lll dərəcəli diplomlarla təltif olunublar.