Print 

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə növbəti seminar keçirilib. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Sevgi dili” mövzusuna həsr olunmuş seminar “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Jalə Əliyeva tərəfindən “Sevgi mesajları” adlı praktik məşğələ ilə başlayıb. Jalə Əliyevanın təqdimatında sevgiyə aid psixoloji yanaşmalar haqqında məlumat verilib, sevginin ifadə tərzləri təhlil olunub. Seminarın sonunda tələbələr öz sevgi tərzlərini təyin edən psixoloji test işləyiblər. Seminar tələbələr tərəfindən maraqla qarşılanıb.