Print 

22 dekabr 2023-cü il tarixdə ADPU-nun Şəki filialının “İbtidai sinif müəllimliyi” ixtisasında keçiriləcək Proqram Akkreditasiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin tam tərkibdə iclası keçirilib. Filialın direktoru dos.Rafiq Rasulov iclasın gündəliyi ilə iştirakçıları tanış edib. İclasda əvvəlki görüşdə təşkilat komitəsinin üzvlərinə verilən tapşırıqların hesabatları dinlənilib.
Gündəlikdə duran birinci məsələ ilə bağlı Təşkilat komitəsinin sədri Pedaqoji fakültənin dekanı Xalidə Abdullayeva, üzvlər -filialın Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova – Süleymanova, İnsan resursları və ümumi şöbənin müdiri Gülnar Kərimova, kitabxana müdiri Türkan Mirzəyeva, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Gülnara Abdurahmanova, və filialın Karyeva mərkəzinin rəhbəri Xuraman Həmidova Akkreditasiyaya hazırlıqla və görülmüş işlərin məzmunu ilə bağlı təqdimat ediblər.Təqdim olunan cədvəllərin son 5 il üzrə statistik məlumatları hazırlanıb və yoxlanılıb. Bundan əlavə, proqram akkreditasiyası ilə bağlı meyarlarda yoxlanılması nəzərdə tutulan sənədlərin mövcudluğu vəziyyəti, tələb olunan əmrlərin və digər sənədlərin surətinin çıxarılması, özünütəhlil hesabatında göstərilən hissələrin təşkilat komitəsi üzvləri arasında bölgüsü müzakirə olunub. Qarşıda duran məsələlərin müzakirəsində Təşkilat komitəsinin üzvləri prof. F.N.İbrahimov, dos. N.Z. Çələbiyev, dos. U.B. Mürşüdova, b/m V. B. Baxışov, E. Lətifova yaxından iştirak ediblər.Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Komitənin növbəti iclası 2024-cü il yanvar ayının ilk ongünlüyunə təyin olunub.