Print 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Prestij-S" Tədris Mərkəzi və "İT Brains Academy"in tərəfdaşlığı ilə istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq, Universitetin idarəçiliyinə məzunların cəlb edilməsini təşviq etmək məqsədi ilə “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsini elan edir.
“Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqədə yalnız ADPU-nun bakalavriat və magistatura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.
Müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, 1 illik xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunacaq.
Qeyd edək ki, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara müvafiq sertifikatlar və hədiyyələr təqdim olunacaq.
Müsabiqə 4 mərhələdən ibarət olacaq.
Yekunda 10 nəfərin qalib olması gözlənilir.
Müsabiqəyə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir: https://forms.office.com/r/yZ9eCDdw74
Son müraciət tarixi: 25 fevral 2024-cü il, saat 23:59