Print 

QISA BİOQRAFİK MƏLUMAT
Vaqif İsmayılov 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.1976-cı ildə Şəki şəhər 12 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə məktəbi bitirmişdir.1987-89-cu illərdə hərbi xidmətdə olmuşdur. 1992-ci ildə BDU-nun Şəki filialına daxil olmuş, “Pedaqogika və psixologiya” ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə təhsilini qırmızı diplimla başa vurmuşdur. 1997-ci ildə BDU-nun Şəki filialında əvvəlcə laborant, 2000-ci ildən müəllim kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim vəzifəsində çalışır.

ƏMƏK FƏALİYYƏTİ

1997-ci ildə BDU-nun Şəki filialında laborant
2000-ci ildə BDU-nun Şəki filialında müəllim
2023-cü ildə ADPU-nun Şəki filialında baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

Psixologiyanın tədrisi metodikası, İnklüziv təhsil, İnklüziv təhsil və fərdiləşdirilmiş təlim, Koqnitiv və geştalt psixologiya, Xüsusi pedaqogika
NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ
1.Təhsil müəssisələrinin marketinq proqramı. Müasir şəraitdə yaşlıların təhsili: Problemlər və perspektivlər Respublika elmi konfransının materialları, Bakı, 30 aprel 2009-cu il
2. Təhsil müəssisələrində marketinq xidməti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Bakı, 2009
3. İbtidai siniflərdə kompüterin köməyi ilə təlimin bəzi spesifik cəhətləri. “Təhsil sistemində gənc nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda Respublika elmi konfransının materialları, Bakı,28 iyun 2012-ci il
4. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil xidmətləri göstərəcək kütləvi məktəb müəllimlərinin inklüziv təhsilə psixoloji hazırlığı problemi. “Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda Elmi-praktiki konfransın materialları, Bakı, 2014
5. Yaşlı nəslin təhsili: yeni məqsədlər, funksiyalar, formalar. Təhsil Problemləri İnstitutu. “Təhsilin aktual problemləri”nə həsr olunmuş Beynəlxalq konfrans.2016.