Yazıçı-dramaturq Əyyub Qiyasla görüş

Çap



Yazıçı-dramaturq Əyyub Qiyasla görüş28 noyabr 2019-cu il tarixdə ADPU-nun Şəki filialında nasir, şair, dramaturq və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü Əyyub Qiyasla görüş keçirilib. Görüşdə filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirin əvvəlində iştirakçılara şairin həyat və yaradıcılıq yolunu əks etdirən slaydlar təqdim olunub. Sonra AYB Şəki bölməsinin sədri, şair Vaqif
Aslan, Şəki ədəbi mühitinin təmsilçilərindən olan şair və tərcüməçi Qoca Xalid və filialın elmi katibi fil.ü.f.d. Kamil Adışirinov Əyyub Qiyasın poeziya və nəsr yaradıcılığı, tərcümə fəaliyyəti ilə bağlı çıxış ediblər.
Görüşdə Əyyub Qiyasın qələm dostu, AYB-nin üzvü şair Ehtiram İlham və gənc şair Tural Adışirin də çıxış edərək, şairin yaradıcılığı ilə bağlı iştirakçılara düşüncələrini çatdırıb, eyni zamanda öz şeirlərini oxuyublar.
Şair Əyyub Qiyas görüşün təşkilinə görə filialın rəhbərliyinə və təşkilatçılara minnətdarlığıını bildirib, gənclərin böyük marağına səbəb olan şeirlərini oxuyub. Görüşdə özünü bədii yaradıcılıq sahəsində sınayan tələbələrə də şeirlərini oxumaq üçün imkan yaradılıb. Səmimi atmosferdə keçən görüşdə müəllif tələbələrin bədii yaradıcılıq, şeir texnikası, yaradıcı prosesin mahiyyəti ilə bağlı müxtəlif xarakterli suallarını cavablandırıb. Əyyub Qiyas fəallığı ilə seçilən iştirakçılara öz kitablarını, filialın kitabxanasına isə yeni çapdan çıxmış “Ədəbiyyat üzrə Nobel mükafatçıları (1901-2017)” kitabını hədiyyə edib.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.
Yazıçı-dramaturq Əyyub Qiyasla görüşYazıçı-dramaturq Əyyub Qiyasla görüşYazıçı-dramaturq Əyyub Qiyasla görüş