Print 

ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti “Gənclərin evliliyə psixoloji hazırlığı” mövzusunda seminar təşkil olunub. Seminar “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Humay Saatova tərəfindən hazırlanıb. Seminarda GPB-nin rəhbəri Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova da iştirak edib. Əvvəlcə təlimçi-tələbə gənclərin tanışlıq və nişanlılıq dövründə yaşana biləcək problemlərin psixoloji tərəfləri haqqında məlumat verib. Sonra gənclərə evlilik öncəsi psixoloji dəstəyin əhəmiyyətindən bəhs edib. Seminar mövzusu maraqlı müzakirələrə səbəb olub. GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova çıxış edərək söylənilən fikirlərə və ümumən seminarın gedişinə öz münasibətini bildirib, filialımızda bu tip seminarların tələbə-psixoloqlar tərəfindən davamlı keçiriləcəyini vurğulayıb, seminarın təşkilində rolu olan tələbələrə təşəkkürünü bildirib.