Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsis edilməsinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin bir qrup əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib. Təltif olunanlar sırasında filialımızın əməkdaşları da var. ADPU-nun direktoru dos. Rafiq Rasulov, filialın əməkdaşları: kafedra müdiri baş müəllim Əsmayə Əkbərova, şöbə müdiri baş müəllim Gülnara Abdurahmanova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, baş müəllim Vaqif İsmayılov və baş müəllim Sevinc Əliyeva “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif ediliblər.
Martın 2-də ADPU-nun Elmi Şurasının iclasında filialın ditektoru dos. Rafiq Rasulova Təhsil Nazirliyinin döş nişanı təqdim olunub. Bu münasibətlə filialın direktoru - riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulovu və təltif olunan digər həmkarlarımızı ürəkdən təbrik edir, hər birinə elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.