Print 

QISA BİOQRAFİK MƏLUMAT

Mirvari Eminova 1965-ci ildə Şəki şəhərində anadan olub. 1972-1982-ci illərdə Şəki şəhəri 19 saylı orta məktəbdə, 1992-1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində tarixçi və tarix müəllimi ixtisası üzrə təhsil almışdır. 1995-ci ildən (daxili əmrlə) şəhər 7 saylı orta məktəbdə müəllim olaraq pedoqoji fəaliyyətə başlamış, Ali məkəbi 1997-ci ildə bitirdikdən sonra həmin məktəbdə 2006-ci ilədək işləmişdir. Şəhər 7 saylı məktəbdə əmək fəaliyyəti dövründə, pedaqoji tədbirlərdə fəal iştirak etmiş, 2004-cü ildə Təhsil Nazirliyinin xətti ilə keçirilən pedaqoji mühazirələrin şəhər turunda qalib olmuş, fəxri fərmanla mükafatlandırılmışdır. 1999- ci ildən 2000-ci tədris ilindək BDU-nun Şəki filalında, 2004-cü ildən 2015-ci ilədək AMİ-nin Şəki filialında çalışıb. 2010-cu ildən AMİ-nin Şəki filialında, 2015-ci ildən bu günədək ADPU-nun Şəki filialında baş müəllim kimi pedaqoji fəaliyyətimi davam etdirir.Ailəlidir 2 övladı var.

TƏHSİLİ,ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1997-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialının tarix fakultəsini bitirib.
2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitunun dissertantıdır. Hal hazırda “XVIII əsrin I yarısında Şimali Azərbaycanın xarici ticarət əlaqələri” mövzusunda elmi tədqiqat işi uzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

1995-2006-ilədək Şəki şəhər 7 saylı məktəbdə müəllim,
1999-2000-ci illərdə BDU-nun Şəki filialında müəllim,
2005-2010-ci illərdə AMİ-nin Şəki filialında müəllim, 2010- 2015-ci ildə baş müəllim,
2016-cı ildən ADPU-nun Şəki filialında baş müəllim işləyir.

TƏDQİQAT SAHƏSİ

Vətən tarixi

TƏDRİS ETDİYİ FƏNLƏR

Azərbayan tarixi, Qafqaz tarixi, Tarixin tədrisi metodikası, Ümumtəhsil kurikulumunun əsasları

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.Pedaqoji işçilərin elmi-metodik səviyyəsinin yüksəlməsində ixtisasartırma təhsil müəssisələrinin rolu- Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər mövzusunda Respublika elmi konfransının materialları. Müəllim nəşriyyatı, Bakı 30 aprel 2009 səh. 89-92
2.“Erməni məsələsi”- Avropa siyasətində - Azərbaycan Müəllimlər İnstitutu “Xəbərlər” Elmi metodik jurnal N-3. 2010, səh. 36-41.
3.Müəllimlərin innovasiya texnologiyalarına münasibəti və təhsildə keyfiyyət məsələləri- II Beynəlxalq Elmi konfransın materialları. “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” Bakı,26-28 noyabr 2012. səh.373-376
4.Avropa dövlətləri və erməni terroru – “İnsan Hüquqları İnstitutunun 15 illiyinə həsr olunmuş beynəlxalq konfrans” Bakı 2013, səh.47-48
5.Müasir təhsilin aktual problemləri. III Beynəlxalq Elmi konfransın materialları. “Müasir hazırlığının müasir problemləri:texnologiya,təhsil və inkişaf”. Bakı,22-24 may 2014. səh.41-42.
6. XVIII əsrin 30-40-cı illərində Volqa-Xəzər ticarət yolu uğrunda mübarizə - “Tarix və onun prolemləri” Elmi jurnal, Bakı 2017, N-2, səh.40-46
7. XVIII əsrin I yarısında Azərbaycanın Osmanlı dövləti ilə iqtisadi və ticari münasibətləri. Gəncə Dövlət Universiteti “Elmi xəbərlər” Gəncə 2019. Səh.116-123
8.Основные центры торговых отношений Азербайджана c Россией в средние века. Международной научно-практической конференции: «250 лет единения России и Ингушетии: время, события, люди». 16-18 марта 2020г., г. Магас c.55-58
9.XVIII əsrin birinci yarısında Azərbaycanın xarici ölkələrlə ticarət münasibətlərində erməni amili-“ ANKARA V. INTERNATIONAL SCIENTIFIC RESEARCH CONGRESS” October 10-12, 2021 / Ankara- TURKEY (THE PROCEEDINGS BOOK) www.ankarakongresi.org c.379-390
10. XVIII əsrin I yarısında Azərbaycanın Şimali Qafqaz ölkələri ilə iqtisadi və ticari münasibətləri. Elmi iş Beynəlxalq elmi jurnal Humanitar və ictimai elmlər üzrə I Beynəlxalq Elmi konfransın materialları. Bakı 2020. səh.44-48
11. Şuşa qələbəsi Türk dünyasının zəfəridir The XXVI International Scientific Symposium: “Şuşa: Triumph of Victory” Eskişehir/Turkey May 29, 2022. s.51-53
12. XVIII əsrin I yarısında Azərbaycanın xarici və tranzit ticarətində hind tacirlərinin rolu . SCIENTIFIC WORK International scientific journal. Impact Factor: 1.790. 2022 / Volume: 16 Issue: 9 / 43-50)
13. Торговые связи Азербайджана с Россией в первой половине XVIII в.-“ История и архивы”. Moskva 2023, Том 5, №1, səh.63-78
SERTİFİKATLARI
Mirvari Eminova əmək fəaliyyəti dövründə müxtəlif seminar və konfranslarda, kurslarda iştirak etmişdir. 2006-ci ildə Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) idarə etdiyi, Azərbaycanda Müəllim hazırlığı üzrə Proqramının inkişafı layihəsində Pilot məktəb nümayəndəsi kimi iştirak etmişdir. 2009,2012,2014-cü illərdə İKT-nin və Kurikulumun təhsilə tətbiqi üzrə ixtisasartırma təlim kurslarını müvəffəqiyyətlə bitirdiyi üçün sertifikat almışdır.