Print 

QISA BİOQRAFİK MƏLUMAT

Nuranə Cəbrayılova 1989-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olub. 1996-2006-cı illərdə N.Hümmətov adına Oxud kənd orta məktəbində, 2006-2010-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat ixtisasında bakalavr, 2010-2012-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Hesablama diaqnostikası ixtisası üzrə magistratura təhsili alıb. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutununa dissertant kimi qəbul olub. Ailəlidir, iki övladı var. Dissertasiya mövzum: Korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənməsi.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2010-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini,
2012-ci illərdə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2018-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutununa dissertant kimi fəaliyyət göstərir.

ƏMƏK FƏALİYYƏTİ

2012-ci ildə AMİ-nin Şəki filialında müəllim,
2015-ci ildə ADPU-nin Şəki filialında baş müəllim təyin olunub.

TƏDQİQAT SAHƏSİ

İnformatika

TƏDRİS ETDİYİ FƏNLƏR

Təhsildə İKT, İnformatika, Kompüter modelləşməsi, Verilənlər bazası

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.N.B.Cəbrayılova. Delphi-də verilənlər bazasının yaradılması .“Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı,2015 №2, Səh 39-45
2. N.B.Cəbrayılova. Delphi-də bazaya məxsus cədvəllər arasında əlaqənin yaradılması.“Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı, 2016 №2, Səh.42-46
3. N.B.Cəbrayılova, G.B.Qarayeva.Tədris prosesində interaktiv texnologiyalardan istifadə zamanı ActivInspire proqramının imkanları. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı Bakı, 2015 №2, Səh. 51-55
4.Delphi ilə MS Access verilənlər bazasının əlaqələndirilməsi. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı, 2016, №3 Səh. 58-63
5.N.B.Cəbrayılova. IV sənaye inqilabı və onun təhsilə təsiri. (konfrans materialı Azərbaycan Texniki Universiteti )Bakı, 2020 Səh792-799
6.Yusifov F.F., Cəbrayılova N.B.Təhsildə sosial şəbəkələrdən istifadə: mövcud yanaşmalar və həllər. İnformasiya cəmiyyəti problemləri jurnalı, Bakı, 2021 №2 Səh 121-129
7. F.N.İbrahimov, N.B.Cəbrayılova. Koorperativ təlimdə şagirdlərin idraki fəaliyyətə və ünsiyyətə cəlb edilməsi. Mütərcim jurnalı. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri Bakı – 2019, №2 Səh. 195-202
8. F.N.İbrahimov, N.B.Cəbrayılova. Konstruktivizmə əsaslanan təlimdə anlayışlar və anlayışlararası münasibətlərin yeri. Mütərcim jurnalı. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri Bakı-2021 №3 Səh. 207-212
9. F.N.İbragimov, N.B.Jabrailova. The activity structure of the component that yransmits experience in the training system. Deutsche international Zeitschrift für zeitgenössische Wissenschaft № 33 (2022) ISSN 2701-8377, (Deuschland) Pg:27-31
10. F.N.İbragimov, N.B.Jabrailova. Müəllimin təlim prosesində fəaliyyətinin genetik və funksional strukturunun mərhələləri . IV Beynəlxalq elmi-paktik konfransın materialları, 15-16 may 2022, Almatı, Qazaxstan.(Международный исследовательский центр «Еndlenss Light in Science», İmpakt Faktor: SJİF 2019-5.11; 2020-5.497; İSİ 2019-0.172.; DOİ 10.244 12//2709-1201-2022-107- 116; УДК 373.51+ 372.851; ISBN 978-601-322-668-9).s.95—100.
11. N.B.Cəbrayılova. Korporativ təhsil mühitində sosial şəbəkələrin təhlili. Elmi əsərlər. Cild 89 №1,2022 səh 28-33
12. F.N.İbragimov, N.B.Jabrailova, Khan İlyasov. Interpretation of the process of mastering "Theoretical and technological bases of solving the system of linear algebraic equations" in the teaching of "Algebra" Sciences of Europe. №116,2023 (Praha, Czech Republic

PROQRAMLAR

1. İnformatika və təhsildə İKT (fənn proqramı) Bakı, 2018 (həmmmüəliflə)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2018-ci il tarixli F-535 № -li əmrinə əsasən çap edilib
2. İnformatika və onun tədrisi metodikası, 2018, (həmmüəlliflə)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2018-ci il tarixli F-535 № -li əmrinə əsasən çap edilib
3. Kompüter texnologiyaları və multimediya vasitələri (həmmüəlliflə)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.2018-ci il tarixli F-535 № -li əmrinə əsasən çap edilib