Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə yolları” mövzusunda tədbir keçirilib. Maarifləndimə xarakteri daşıyan tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, ADPU-nun Şəki filialının professor-müəllim, işçi heyəti və tələbələri iştirak ediblər. Tədbirdə məişət zorakılığı, onun başvermə halları, qarşısının alınması ilə bağlı görülən işlər, onunla mübarizə yolları haqqında ətraflı məlumat verilib. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.