Print 

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Psixodrama: kompleklərdən xilas olmaq” mövzusuna həsr olunmuş prakrik seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbələri Aytac Mirzəliyeva və Jalə Əliyevanın təqdimatında psixodramanın tarixi, onun aparılması qaydası haqqında məlumat verilib. Sonra tələbələrin səhnələşdirdikləri “Komplekslərdən xilas olmaq” adlı psixodramaya baxış keçirilib. Səhnəcik tələbələr tərəfindən müzakirə olunub. Seminar iştirakçı tələbələrin böyük marağına səbəb olub. Seminarın sonunda GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova çıxış edib və tələbələrə təşkil etdikləri praktik və öyrədici seminara görə təşəkkürünü bildirib.