Print 

Təhsil proqramlarında edilmiş məzmun dəyişikliyi ilə əlaqədar olaraq, tədris planlarına yeni daxil edilmiş bir sıra fənlərin dövrün tələblərinə uyğun tədrisini təmin etmək, bu fənləri tədris edəcək müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq məqsədilə artıq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) silsilə təlimlər təşkil olunmaqdadır. Növbəti təlim “Proqramlaşdırma dilləri l (Pyfhon)” fənninin tədrisi ilə bağlı məsələlərə həsr olunub. 29 yanvar – 02 fevral tarixlərində ADPU-da təşkil olunan 20 saatlıq təlim “Alqoritmika” şirkəti tərəfindən hazırlanmış material əsasında keçirilib. Təlimin təşkilində məqsəd fənnin tədrisi prosesini asanlaşdırmaq, iştirakçıları yeni texnologiyaların tədris prosesinə tətbiqi ilə bağlı məlumatlandırmaq olub.
Təlimdə ADPU, onun filiallarının əməkdaşları, o cümlədən filialımızın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Gülnarə Abdurahmanova, Gülnarə Qarayeva, Ulduz Əbdürrəhimova, Nuranə Cəbrayılova və Günel Əliyeva iştirak ediblər. Əməkdaşlarımız təlimi yüksək nəticələrlə başa vurublar. Yaz semestrində nəzərdə tutulan fənnin tədrisində müəllim və tələbələrimizə uğurlar arzu edirik.