Print 

Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), onun filialları və tabeliyində olan kollecin əməkdaşlarının iştirakı ilə “2023-2024-cü tədris ilinin yaz semestrində qarşıda duran əsas vəzifələr” mövzusuna həsr edilmiş onlayn müşavirə təşkil edilib. Microsoft Teams platforması üzərindən həyata keçirilən müşavirəni giriş sözü ilə ADPU-nun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov açaraq, iştirakçıları salamlayıb, onlara işlərində uğurlar arzulayıb və 2023-2024-cü tədris ilinin yaz semestrində qarşıda duran əsas vəzifələrlə bağlı geniş nitq söyləyib.
Müşavirədə ADPU-nun Şəki filialının struktur bölmələrin rəhbərləri, həmçinin cari tədris ilində pedaqoji təcrübə və pedaqoji internaturaya təcrübə rəhbəri, pedaqoq, psixoloq və metodist müəllim kimi təhkim olunmuş əməkdaşlar iştirak ediblər.
Müşavirədə əvvəlcə pedaqoji təcrübə və pedaqoji internaturanın keçirilməsi qaydaları barədə diskussiyalar aparılıb, bu proseslə bağlı meydana çıxan suallara aydınlıq gətirilib, müvafiq tapşırıqlar verilib.
Müzakirə olunan ikinci məsələ isə filiallarda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə keçiriləcək proqram akkreditasiyası ilə əlaqədar Təşkilat komissiyasının özünütəhlil hesabatının hazırlanma vəziyyəti ilə bağlı olub.
Müşavirədə iştirak edən filial əməkdaşları hər iki məsələnin müzakirəsində fəal iştirak ediblər.