Print 

2024 – cü ilin fevral ayının 20-də Şəkidə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Yaradıcı Gənclər" İctimai Birliyinin (YGİB) təşkilatçılığı ilə "Gənc sənətkarların əl işi sərgisi" təşkil edilib. Tədbiri giriş sözü ilə layihə rəhbəri Murad İsayev açaraq, sərginin mədəni irsin qorunması, eləcə də gənc sənətkarların fəaliyyətinin dəstəklənməsi və təbliği məqsədilə təşkil edildiyini bildirib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə müxtəlif ixtisaslarda təhsil alan 16 tələbənin fərqli texnologiyalarla hazırladıqları 52 əl işi nümayiş etdirilib. Tələbələrin kağız, karton, şüşə, taxta, muncuq, rəngli saplar və s. kimi materiallardan hazırladıqları əl işləri sərgiyə baxanlar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, sərgidən həm də satış yarmarkası kimi faydalanmaq mümkün olub.
Gənclərin sənətkarlığa olan marağı nəzərə alınaraq, ADPU- nun Şəki filialı və YGİB-nin birgə əməkdaşlığı ilə gələcəkdə də belə tədbirlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.