Print 

2024-cü ilin fevral ayının 21-22-si tarixlərində ADPU-nun Şəki filialında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “BiznesdəSən” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin əsas məqsədi gənclərin özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi, biznes ideyalarının formalaşdırılması mərhələləri və uğurlu biznes qurmağın yolları barədə ilkin biliklərin verilməsidir.
Təlimlərdə tələbələr fəal iştirak edib. Biznesin təşkilinə dair ayrı-ayrı kazuslar əsasında müxtəlif qrup layihələri hazırlanıb, müzakirə edilib.
Təlimin sonunda ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova təmsil etdiyi ali təhsil müəssisəsinin QHT-lərlə digər fəaliyyətə daim açıq olduğunu bildirib, gələcəkdə də bu kimi maarifləındirici və öyrədici tədbir və təlimlərin təşkilinin fəaliyyətlərində xüsusi yer ayrılacağını qeyd edib.