Print

2024-cü il may ayının 2-də ADPU-nun Şəki filialında Şəki regional "ASAN xidmət" mərkəzinin əməkdaşları ilə növbəti görüş keçirilib. Görüşdə ADPU-nun Şəki filialının “Karyera mərkəzi”nin müdiri Xuraman Həmidova, Şəki regional "ASAN xidmət" mərkəzinin baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs vəzifəsində çalışan Dinarə Allahverdiyeva, həmin xidmətin baş mütəxəssisi, könüllülər üzrə məsul şəxs vəzifəsində çalışan Aylin Manaflı və filialın tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xuraman Həmidova könüllülük fəaliyətinin gənclərin gələcək karyera inkafında mühüm əhəmiyyətə malik olduğunu vurgulayıb. Qeyd edib ki, istənilən peşəkar yüksəlişdə başlıca amillərdən iki məqam – mükəmməl nəzəri biliklər və praktiki təcrübə mühümdür. Bu baxımdan “ASAN xidmət”lə əməkdaşlıq bizim üçün önəmlidir.
Dinarə Allahverdiyeva, Aylin Manaflı təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Qarşılıqlı mükalimə şəraitində davam edən tədbirdə ölkəmizdə artıq könüllülük hərəkatının formalaşdığı qeyd olunub, tələbələrimizin müxtəlif təşkilatların xətti ilə həyata keçirilən layihələrdə könüllü qismində iştirak etdiyi vurğulanıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.