Geniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdir

Çap



Geniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdir23 may 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında növbəti Elmi Şura iclası keçirilib. Elmi Şuranın müzakirəsinə 6 məsələ çıxarılıb. Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktiru, dosent R.A.Rasulov iclasın gündəyini iştirakçıların diqqətinə çatdırdıqdan sonra, gündəlikdəki birinci məsələ- “2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasına və Buraxılışa hazırlığın vəziyyəti 
haqqında”, filialın tədris işləri işləri üzrə direktor müavini, dosent G.A. Abdullayeva hesabatla çıxış edib.
Gündəlidəki ikinci məsələ- “Buraxılış kurs tələbələrinin Yekun Dövlət Attestasiyasına hazırlığın monitorinqinin nəticələri haqqında” filialın tədris işləri işləri üzrə direktor müavini, dosent G.A. Abdullayeva, üçüncü məsələ – “Filialda “Fransız dili müəllimliyi” ixtisasında tədrisin təşkili və gedişi vəziyyəti haqqında” Dillər kafedrasının müdiri, baş müəllim Ə.B.Əkbərova, dördüncü məsələ - “2018-2019-cu tədris ilinin II semestrində keçirilmiş pedaqoji təcrübənin yekunları haqqında” istehsalat təcrübə rəhbəri A.Bədəlova, beşinci məsələ - “Filialın kafedraları üzrə kurs işlərinin müdafiəsinə hazırlığın vəziyyəti haqqında” kafedra müdirləri -prof.F.N.İbrahimov, dos.S.R.Bədiyev və digərlərinin hesabatları dinlənilib. Gündəlikdəki sonuncu məsələ– “2018-2019-cu tədris ilində filialda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında” filialın elmi işlər üzrə direktor müavini, dosent N.Z. Çələbiyev Elmi Şura üzvlərinə və iclas iştirakçılarına geniş məlumat verib.
Müzakirəyə çıxarılan məsələlər ətrafında çıxış edən Elmi Şura sədri və digər əməkdaşlar çıxışlarında fəaliyyətin əsasında innovativ təlim və tərbiyənin durduğunu, tələbələrə verilən biliyin keyfiyyətinin daha da yaxşılaşdırılması yolları barədə öz təkliflərini bildiriblər. Elmi Şura sədri müzakirə olunan məsələlərə münasibətində professor-müəllim heyətinin qarşısında tələbələrə hərtərəfli biliyin verilməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi tələbinin durduğunu vurğulayıb. Gündəlikdəki cari məsələnin müzakirəsi başa çatdıqdan sonra Elmi Şura iclası müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edib.
Geniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdirGeniş tərkibdə növbəti Elmi Şura iclası keçirilmişdir